25-09-2014 [22:43]
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, deputat Aqiyə Naxçıvanlı təhsil naziri Mikayıl Cabbarovun əmriylə AMİ Gəncə Filialının fəaliyyətinin dayandırılmasının ardından Gəncəyə gedərək AMİ Gəncə filialında bir neçə dəfə müəllimlər, tələbələr və valideynlərlə birgə toplantı keçirib. Bu haqda məlumatı moderator.az saytı yayıb.
Həmin toplantıların birində iştirak edən mənbənin bildirdiyinə görə Aqiyə Naxçıvanlı çox əsəbi davranış sərgiləyib və bununla iclasın ovqatını öz xeyrinə dəyişməyə cəhd edərək ona qarşı ehtimal oluna biləcək kəskin çıxışları neytrallaşdırmaq istəyib. Filialda müavin işləyən Sədaqət Adıgözəlova etirazını bildirib ki, bu camaat yazıq oldu və onlar bundan sonra harda və necə işləyib ailələrinə çörək qazancaqlar? Bu fikirdən qəzəblənən deputat rektor bildirib ki, hərəniz bir saxta alimlik dərəcəsi almısınız, sakit yerinizdə oturun və elə etməyin ki, alimlik diplomlarınızı yoxlatdırım. Bu zaman rektor bir maraqlı ifadə də işlədib ki, hərə kartoşkadan bir möhür düzəldərək min hoqqadan çıxıb, mənim bunların heç birindən xəbərim olmayıb. Bu sözdən hiddətlənən bir valideyn qalxıb deyib ki, siz nə danışırsınız, necə olur ki, bu fililada baş verən dəhşətlər barədə bütün respublikanın xəbəri olur, sizin olmur? Necə oldu ki, yeni nazir bir həftənin içərisində xəbər tutdu, gəlib yoxlayıb saxtakarlığı ifşa elədi, amma sizin qulağınızın dibində 10 ildir bu oyunlar gedir, xəbər tutmasınız?
Bir xadimə də durub deyib ki, sizə nə deyək daha, Ramiz kimi (filialın barəsində korrupsiya ittihamları ilə cinayət işi başlanılmış keçmiş direktoru) kişinin başına oyun açdınız, o cür kişini məhv edib indi yanınızda oturan Qazax filialının direktoru Afaq Qasımova kimi adamlarla işləyirsiniz…
Bundan sonra iclasda qarışıqlıq olub və polis müdaxilə etmək və camaatı sakitləşdirmək zorunda qalıb.
Maraqlıdır ki, iclasda filialın keçmiş direktoru Ramiz Məmmədov da iştirak və çıxış edib. Məhz o, qəzəbli valideynləri sakitləşdirərək hamının filiallarda yerləşdiriləcəyini bildirib. Filialın müəllimlərinin aqibətinə də aydınlıq gətirilib. Bildirilib ki, onlar müsabiqə yolu ilə GDU-ə yerləşdiriləcəklər.
Toplantıda müəllimlər və valideynlərlə indiki direktor Razim Məmmədov arasında da mübahisə olub və aldadılmış valideynləri çətinliklə sakitləşdirmək mümkün olub…
Mövzunu diqqətdə saxlayacağıq və hörmətli Aqiyə xanımın da mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi