İcra başçısı Ali Məhkəmənin qərarını saymadı, narazılar PA-ya etiraza gəlir

img

25-09-2014 [20:52]


Göyçay rayonunun Cəyirli kənd sakinləri tərəfindən Mia.az-a şikayət məktubu daxil olub. Adgözəlov Vahid Arif oğlu, Quliyev Əlisəfa Bilal oğlu, Feyzullayev Zülfü Abdurəhman oğlu, Feyzullayev Rahim Zülfü oğlu, Adgözəlov Qurban Arif oğluQuliyev Nahid Şakir oğlu tərəfindən yazılan məktubda bildirilir ki, aqrar islahatla verilən torpaq sahələri rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədovun yaxınları tərəfindən zəbt olunub: 

"Bununla bağlı bir neçə gün əvvəl mətbuatda torpaqlarımızın zəbt olunması barədə çıxışımız oldu. Ümidimiz Prezident cənab İlham Əliyevədir. Buna görə də 29 sentyabr 2014-cü il tarixdə Prezident Administrasiyasına qəbula gedirik və inanırıq ki, bizi hansısa vəzifəli şəxslərdən biri qəbul edib, dərdimizi cənab Prezidentə çatdıracaq”. 

Şikayətçilər yazır ki, uzun illərdi pay torpaqlarımız qanunsuz olaraq zəbt edildiyindən əkə bilmirlər: "Zəlil olub, yoxsul vəziyyətə düşmüşük. Baxmayaraq Ali Məhkəmənin də qərarı var ki, zəbt edilmiş pay torpaqlarımız dərhal boşaldılsın. Ancaq rayon icra hakimiyyəti başçısı buna imkan vermir. Çünki öz yaxınları tərəfindən torpaqlarımızı zəbt etdirib. Ali Məhkəmənin qərarını icra etməkdə aciz qalan Göyçay rayon İcra Qrupunun vəzifələrinin öhdəsindən gələ bilməmələri özü cinayətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsində göstərilib ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Ali Məhkəmənin 06.09.2012-ci il tarixli qərarının indiyə qədər icra olunmamasına kimin məsuliyyət daşıdığı, kimin həmin qərarın icrasına maneə olduğu aydındır. Bir qalır həmin əməllərin sahiblərinin qanun qarşısında cavab verməsi. Biz Prezident cənab İlham Əliyevə inanırıq və ümid edirik ki, 29.09.2014-cü il tarixdə bizi Prezident Administrasiyasında hansısa vəzifəli şəxslərdən biri qəbul edib, dərdimizi cənab Prezidentə şəxsən çatdıracaq və bizə kömək olunacaq .Ümidimiz Allaha və cənab Prezidentədir. Xahiş edirik bizə kömək edin”.

Şikayətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA