Azərbaycanda məşhur şirkətin bank hesabına həbs qoyuldu

img

25-09-2014 [17:54]


Azərbaycanda fəaliyyət göstərən "World Vision İnternational” təşkilatının hesablarına həbs qoyulub. "Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün təşkilatın Azərbaycan nümayəndəliyinin bütün hesabları Mərkəzi Bank tərəfindən dondurulub.

"World Vision İnternational”ın Bakı nümayəndələri isə hələ ki, hesabların dondurulması ilə bağlı əsl səbəbi bilmədiklərini deyirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl virtualaz.org saytında "Bakının mərkəzində erməni agenturası" başlıqlı yazı dərc olunmuşdu. Yazıda baş ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən "World Vision İnternational” təşkilatı erməni kəşfiyyatında ittiham edilirdi. Təşkilat erməni kəşfiyyatı ilə yanaşı, fəaliyyət göstərdiyi ölkələrdə həm də xristianlıq təbliğatı ilə məşğul olub.

Xatırladaq ki, təşkilatın nizamnaməsində "İsa Məsihin vəsiyyətlərinə əməl etmək üçün təsis edilib” qeydi var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA