Sərhədi pozan ermənini geri verdik - Komitə

img

25-09-2014 [14:09]


Bir ay əvvəl Azərbaycan sərhədini pozarkən saxlanılmış Ermənistan vətəndaşı bu gün ölkəsinə qaytarılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq 26 avqust 2014-cü il tarixdə Qazax rayonunun Kəmərli kəndi ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç 25 sentyabr 2014-cü il tarixdə, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarılıb.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA