Sabaha gözlənilən hava proqnozu açıqlanıb

img

25-09-2014 [13:20]


Sentyabrın 26-daBakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, axşam bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu, gecə 16-18, gündüz 20-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, böyük və kiçik Qafqazın, eləcə də cənub bölgəsində şimşək çaxacaq,yağış yağacaq. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, 22-27 dərəcə, dağlıq ərazilərdə gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA