Kəmaləddin Heydərov iş adamını cəzalandırdı

img

25-09-2014 [13:10]


 Bakının Novxanı çimərliyi sahilindəki "Aquapark” istirahət mərkəzinin rəhbəri, iş adamı Azay Quliyevin sahibi olduğu obyektə bitişik villasının səkiləri FHN əməkdaşları tərəfindən sökülüb. Buna səbəb iş adamının magistral yola müdaxilə edərək öz villasını əsas yoldan ayırmaq məqsədi ilə düzəltdirdiyi səkinin avtomobillərin gediş-gəlişinə maneə törətməsi olub. Nəticədə ərazidəki yanğından mühafizə idarəsinə məxsus avtomobillərin rahat hərəkəti üçün əngəl yarandığını əsas gətirən nazirlik yetkililəri səkinin sökülməsinə nail olub.

Məlumat üçün qeyd edək ki, iş adamının magistral yola etdiyi müdaxilə və bunun ətraf ərazidə məskunlaşan insanlar arasında yaratdığı narazılıq haqqında mediada da bəzi yazılar yer alsa da A.Quliyev "səki sevgisi”ndən imtina etməyi lazım bilməmişdir. 

moderator.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA