İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
23-03-2026 [11:12]
Son dövrlərdə belə bir tezis dövriyyəyə buraxılır ki, İranla qarşıdurmadan sonra növbəti hədəf Türkiyə ola bilər. Bu fikir emosional səslənir, amma geopolitika emosiyalarla yox, risk hesabı ilə işləyir.
Sual sadədir. Türkiyə vurula biləcək ölkədirmi? Cavab daha sərtdir. Türkiyə vurulması baha başa gələn ölkədir.
Qarabağ müharibəsindən sonra Türkiyəyə qarşı tətbiq olunan məhdudiyyətlər təsadüfi deyildi. Kanada elektro optik sistemləri dayandırdı, ABŞ mühərrik texnologiyalarını məhdudlaşdırdı, Avropa hərbi komponentləri blokladı. Məsələn, Almaniya Türkiyəyə tank mühərrikləri və güc sistemləri vermədi. ABŞ və Böyük Britaniya mənşəli mühərriklər səbəbindən Türkiyənin T129 helikopter ixracı belə bloklandı. Məqsəd Türkiyənin texnoloji damarını kəsmək idi. Amma nəticə tərsinə oldu.
SETA analizi açıq deyir:” The U.S. embargo… led Turkey to search for ways to sustain self-sufficiency.” (ABŞ embarqosu Türkiyəni özünütəminat yolları axtarmağa məcbur etdi.)
Akademik yanaşma bunu daha da sərt qoyur:”Sanctions… will accelerate domestic production.” (Sanksiyalar daxili istehsalı sürətləndirəcək.)
Və sürətləndirdi. Türkiyə xarici asılılığı azaltdı, öz texnologiyasını qurdu və müdafiə sənayesində sıçrayış etdi.
Təhlükəsizlik üzrə analitik Şaban Kardaş qeyd edir: “Türkiye… achieved a substantial degree of self-sufficiency and emerged as a major arms exporter.” (Türkiyə əhəmiyyətli dərəcədə özünütəminat əldə edib və əsas silah ixracatçısına çevrilib.)
Bu dəyişiklik kritikdir. Türkiyə artıq silah alan yox, silah satan ölkədir. Texnologiya bu yeni gücün əsasını təşkil edir. Türkiyə yalnız istehsal etmir. O, müharibənin qaydalarını dəyişir.
Analitik Arman Sidhu yazır:”Turkey has made significant strides in indigenizing its defense industry.” (Türkiyə müdafiə sənayesini lokallaşdırmaqda ciddi irəliləyiş əldə edib.)
Bayraktar dronları Qarabağda və Ukraynada döyüş meydanını dəyişdi. Bu artıq taktika deyil. Bu, konsepsiyadır.
Buna baxmayaraq, bəzi dairələr Türkiyə ilə İranı eyni kateqoriyada göstərməyə çalışır. Bu isə strateji səhvdir.
İran sanksiyalar altında olan, iqtisadi və texnoloji baxımdan məhdud, əsasən raket, bəsit dron və proksi modelinə söykənən sistemdir.
Türkiyə isə NATO üzvüdür, qlobal sistemin içindədir, öz hərbi sənayesini qurub və ixrac edir. Bu fərq həlledicidir. İran hədəf ola bilər. Türkiyəyə hücüm ölümcül riskdir. Bu riski artıran əsas faktor isə ittifaqlardır.
Beynəlxalq münasibətlər üzrə realist məktəbin aparıcı nümayəndələrindən biri olan John Mearsheimer qeyd edir:”Great powers are very cautious about fighting states that are embedded in powerful alliances.” (Böyük güclər güclü ittifaqlara daxil olan dövlətlərlə müharibə aparmaqda çox ehtiyatlı olurlar.)
Türkiyə yalnız NATO çərçivəsində deyil. Ankara eyni zamanda Pakistan, Azərbaycan və Səudiyyə Ərəbistanı ilə dərinləşən hərbi və strateji əlaqələr qurur. Bu, regional gücün çoxqatlı təminatıdır.
İsrailin real strategiyası isə fərqlidir.Geosiyasi analizlər açıq göstərir: “Israel prefers limited, calculated operations rather than full-scale confrontation with major regional powers.” (İsrail böyük regional güclərlə genişmiqyaslı qarşıdurma əvəzinə məhdud və hesablanmış əməliyyatlara üstünlük verir.)
Bəli. İsrail böyük güclərlə geniş müharibə əvəzinə məhdud əməliyyatlara üstünlük verir. İsrailin modeli sürətli zərbə, aşağı risk, lokal hədəyə söykənir.
Türkiyə isə bu modelə uyğun deyil. Çünki lokal hədəf deyil, ona görə də Türkiyəyə hücum böyük riskdir.
Bu səbəbdən Türkiyə ilə qarşıdurma idarə olunan əməliyyat deyil, nəzarətdən çıxan müharibə riskidir. Caydırıcılıq məhz burada başlayır. Caydırıcılıq tankla yox, risklə ölçülür. Sual budur, hücum edən nə itirəcək?
Türkiyə ilə bağlı cavab aydındır: NATO faktoru,
regional müharibə riski, cavab zərbəsi ehtimalı,
iqtisadi və hərbi eskalasiya.
Bu qədər təminat varkən hücum qərarı artıq hərbi yox, strateji intihar riskinə çevrilir.
Geosiyasətdə məsələ təkcə güclü olmaq deyil. Məsələ həmin gücün necə qəbul edildiyidir.
Güclü ölkələr sadəcə mövcud olmur. Güclü ölkələr sayılıb seçilir. Onların gücü hesablanır və bu hesab əsasında qərarlar verilir.
Türkiyə artıq vurula bilən ölkə deyil. Türkiyə gücü hesaba alınan ölkədir.
Bu, yalnız texnologiya və ordu məsələsi deyil. Bu, həm də cəmiyyətin səfərbərlik potensialıdır. Recep Tayyip Erdoğan bunu belə ifadə edir: “Biz ordusu olan bir toplum değil, bizatihi kendisi ordu olan milletiz.”
Bu cümlə ritorika deyil. Bu, strateji mesajdır. Çünki müasir müharibələrdə yalnız silah yox, iradə də döyüşür. Və bu iradə də hesab-kitabda yer alır. Zəif ölkələr vurulur. Güclü ölkələrdən isə çəkinirlər.
Türkiyə artıq vurulan yox, gücü hesaba alınan ölkədir.
Elbəyi Həsənli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi