Kəmaləddin Heydərovdan yeni QADAĞA

img

25-09-2014 [11:29]


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hündürmərtəbəli yaşayış binaları ilə bağlı sərt qərar qəbul edib.

MİA aznews.az-a istinadən xəbər verir ki, qərara əsasən binaların eyvanlarına və pəncərələrə quraşdırılan dəmir barmaqlıqların ("reşotka”) sökülməlidir.

Məlumata görə bu qərarın verilməsi mənzillərdə yanğın və ya hər hansı fövqəladə hadisə baş verdikdə barmaqlıqların xilas etmə tədbirlərinə maneçilik etməsilə bağlıdır.

Bununla bağlı binaların girişində xəbərdarlıq lövhələri asılıb. Mənzil sahiblərindən xahiş olunur ki, tez bir zamanda barmaqlıqlar sökülsün. Bu işlərə görə, sakinlərə bir ay vaxt verilib.

Əks halda binalara qazın verlişinin dayandırılması xəbərdarlığı verilib.

Sakinlərin dediyinə görə, FHN-dən daha bir göstəriş də verilib. Bu, qaz sayğaclarının və "kombi” – istilik sisteminin üstünün açıq saxlanması ilə bağlıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA