Keçmiş nazir Fikrət Yusifovun xanım qohumu Əli İnsanova hansı mesaji göndərib? - Şok iddia

img

25-09-2014 [16:27]


Keçmiş maliyyə naziri Fikrət Yusifovla sabiq səhiyyə naziri Əli İnsanovun arasındakı gərginlik haqda yeni xəbər yayılıb. 

Mia.az Gunpress.az-a istinadən xəbər verir ki, dəmir barmaqlıqlar arxasında olan Ə.İnsanova telefonla video-mesaj göndərilib: "Əli İnsanovun üzünə duran keçmiş maliyyə naziri Fikrət Yusifovun əməllərini onun əmisi qızı və Əli İnsanovun işçisi olmuş xanım bağışlamayıbmış. Hətta xanımın bu etiraflarından sonra Fikrət Yusifovun doğmaları ondan imtina edib. Həmin xanım Mehdibadda ailə tədbirinə hamını dəvət etsə də, Yusifovlardan heç kəs gəlməyib".

Saytın iddiasına görə, bundan sonra həmin xanım elə bir addım atıb ki, nə Yusifovlar, nə də Əli İnsanov ümün bu addım həddən artıq gözlənilməz olub. Onun Əli İnsanova mesaj göndərdiyi də bildirilir. Anlaşılan budur ki, bundan sonra sabiq nazirlər arasında düşmənçilik yeni müstəviyə çıxıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA