24-09-2014 [23:30]
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya birliklərinin tamhüquqlu üzvü olmaq istiqamətində real tədbirlər həyata keçirib: "Ölkəmiz BMT, ATƏT və Avropa Şurasının üzvü olmaq üçün müraciət etdi. Bu müraciətlər olduğu illərdə bizim müstəqilliyimiz dövlətlər tərəfindən tanınmağa başladı. Bu gün Azərbaycan artıq beynəlxalq təşkilatların tamhüquqlu üzvüdür. Ölkəmiz Ermənistan istisna olmaqla, bütün dövlətlərlə normal münasibətlər qurub. Azərbaycanın əksər ölkələrdə səfirlikləri fəaliyyət göstərir. Eləcə də Azərbaycanda digər ölkələrin və beynəlxalq təşkilatların səfirlikləri, konsulluqları, nümayəndəlikləri açıldı.
Azərbaycan demokratik dövlətlərdən biri kimi xarici siyasətini Avropaya inteqrasiya istiqamətində qurub. Biz bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Avropa strukturlarına inteqrasiya siyasətində nəinki bölgədə, hətta keçmiş postsovet məkanında ən qabaqcıl ölkələrdən biridir. Ölkəmiz enerji ehtiyatları ilə zəngindir. Bilirsiniz ki, Azərbaycan dünyaya təkcə enerji resurslarına görə deyil, başqa resurslarına görə də lazımdır.
Azərbaycan Avropa Şurasına ona görə lazımdır ki, ölkəmiz beynəlxalq öhdəliklərə əməl edir, bu təşkilatla münasibətləri keyfiyyət səviyyəsində qurur. Amma beynəlxalq təşkilatlar öhdəliklərinə əmələ etmir. Bilirsiniz ki, Azərbaycanın ərazi bütövlüyü işğalçı Ermənistan tərəfindən pozulub. Dağlıq Qarabağ və ona bitişik rayonlar hazırda işğal altındadır. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün olub. Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrdən heç biri icra olunmayıb. Beləliklə, nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizmi olmalıdır. Bu mexanizm hamımız tərəfindən yaradılmalıdır. Digər halda, bu qətnamələr öz mahiyyətini itirir.
Başqa beynəlxalq təşkilatlarda olduğu kimi, Avropa Şurası Parlament Assambleyasında da Azərbaycanın pozulmuş hüquqlarının qorunması istiqamətində addımlar atılmalıdır. Qeyd edim ki, ölkəmizin beynəlxalq təşkilatlarla yüksək səviyyədə qurduğu münasibətlərin və yerinə yetirdiyi öhdəliklərin nəticəsində bir çox beynəlxalq qurumlarda Azərbaycanın parlament üzvləri rəhbərlik səviyyəsində təmsil olunurlar. Xatırladım ki, cənab Prezident İlham Əliyev də vaxtı ilə Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti olub.
Avropa ölkələri ilə Azərbaycan strateji əməkdaşlıq edir. İqtisadi və başqa sahələrdə bu qitənin ölkələri ilə əməkdaşlıqlar qurulub. Azərbaycan qapılarını dünyanın üzünə açıb. Sözsüz ki, AŞPA kimi beynəlxalq təşkilat Azərbaycanın ərazi bütövlüyü məsələsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyən real addımlar atmalıdır, nəinki Azərbaycanla bağlı gerçək olmayan hər hansı məsələləri qabartmalıdır. Ölkəmiz beynəlxalq öhdəliklərə əməl edir. Demokratiya, insan haqları, ifadə azadlığı, toplaşmaq azadlığı ilə bağlı ölkəmizdə heç bir problem yoxdur.
Azərbaycanda demokratik Konstitusiya qəbul edilib. Avropa Şurasına qoşulmaq bizim düşünülmüş seçimimiz oldu. Çünki biz islahatların genişləndirilməsi üçün bu təsisatın üzvü olmaq istəyirdik. Əlbəttə, bilirdik ki, Avropa Şurasına qoşulmağımız, həmçinin öhdəlikləri nəzərdə tutacaqdır. Konvensiyalara qoşulmuşuq, qanunvericiliyimizi təkmilləşdirmişik. Fundamental azadlıqlara gəldikdə, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiya mövcuddur. İfadə azadlığı, mətbuat azadlığı vardır. Ölkəmizdə dini azadlıq da vardır. Bu da ölkəmizin ən böyük varlığıdır. Biz çoxmillətli və çox dinlərin olduğu cəmiyyətik. Əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində layiqli həyat sürüblər. Multikulturalizm dəyərləri sədrliyimiz zamanı diqqət yetirəcəyimiz prioritetlərdən biri olacaqdır.
Təəssüflər olsun ki, AŞPA-da ölkəmizi istəməyən ölkələr var və onlar müxtəlif vaxtlarda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Bizim xarici siyasətimizin prioriteti Avropaya inteqrasiyadır. Odur ki, ölkəmiz bu günə qədər bütün boryerləri aşdığı kimi, gələcəkdə də bütün maneələri aşacaq"(bizimyol).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi