“Autizmin tanımı, ixtisasçıların və valideynlərin maarifləndirilməsi “ mövzusunda maarifləndirici treninq

img

24-09-2014 [23:19]


Azərbaycan Respublikasının "Autizm Defektoloji və Psixoloji yardım Mərkəzi "İB Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş "Sağlamlıq imkanları məhdud uşaqlara (autizm) defektoloji və psixoloji yardım göstərilməsi”layihəsinə əsasən"Autizmin tanımı, ixtisasçıların və valideynlərin maarifləndirilməsi " mövzusunda maarifləndirici treninq keçirilir.

Ölkəmizdə autizm sindromu ən aktual və həll olunması vacib olan problemlərdən sayılır. Getdikcə autizm sindromlu uşaqların sayı artır və nədən yaranmasının elmə məlum olmaması lakin reabilitasiyasının xüsusi təlimlərlə mümkünlüyü aşkar olmuşdur. Azərbaycanda bu sahədə işlərin başlanğıcı qoyulmuşdur. Amma, hələ inkişaf etmiş xarici ölkələrin bu sahədəki qabaqcıl təcrübələrindən yararlanmağa böyük ehtiyac var. Bunları əsas götürərək dil baxımından qardaş ölkə sayılan Türkiyə Cumhuriyyətinin İstanbul və Antalya şəhərlərində fəaliyyət göstərən Autizm Mərkəzlərinin və Autizm məktəblərinin bu sahədə fəaliyyət göstərən rebilitasiya müəsisələrinin qabaqcıl təcrübəsini öyrənmək və tətbiq etmək istəyirik.

İstanbulda "Tohum Outizm Vakfı” –nın uzun illərdir Amerika üsulu ilə işlədiyini və həmin standartlarla gözəl nəticələr əldə etdiyi sübut olunmuşdur.Ona görə də həmin metodikanın öyrənilməsi və ölkəmizdə də tətbiqi çox vacibdir. Autizm Defektoloji və Psixoloji yardım Mərkəzi fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizdə autizmin maarifləndirilməsi ,ilkin reabilitasiya ,valideynlərin xüsisi treninqlərə cəlb edilməsi ,qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə yardımı .dəstəyi ilə regionlarda geniş autizm maarifləndirilməsinə həsr edilmiş silsilə tədbirlərin keçirilməsinə nail olmuşdur.İctimai Birliyin xüsisi orqanı olan "Autizm "qəzeti vasitəsi ilə Beynəlxalq arenaya çıxaraq qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi sahəsində çox işlər görmüşdür.

Həmişə peşəkar personalların çalışmasını təmin edilməsinə üstünlük verən Mərkəzdə Türkiyədə təhsil alaraq uzun müddət həmin ölkədə rebilitasiya Mərkəzlərində çalışmış, geniş təcrübəyə malik mütəxəssis artıq Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzində çalışır.

Təşkil etdiyimiz tədbirdə Türkiyədə çalışmış mütəxəssis həmin ölkənin qabaqcıl təcrübələrinin ölkəmizə tətbiqi və əldə etdiyi nailiyyətlər ,qanunvericilikdə autizm sindromunun yer alması ,RƏHBƏRLİK ARAŞDIRMA MƏRKƏZİNİN (RAM)ölkəmizdə də fəaliyyət göstərməsinin autizm sindromlu uşaqların ilkin reabilitasiya olunaraq cəmiyyətə adaptasiya olunmasında böyük rolundan ,autizm sindromlu övladı olan valideynlərin ,bu sahədə çalışan mütəxəssislərin maarifləndirilməsi yönümündə geniş məlumatlar verəcək.

Tədbirin keçiriləcəyi ünvan: Bakı şəhəri,Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 30


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA