TQDK-da işçi qrupları yaradıldı-YOXLAMA

img

24-09-2014 [22:05]


Azərbaycanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərslik komplektlərinin elmi-metodiki monitorinqinin aparılması üçün hazırlıq işlərinə başlanılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, Komissiyada ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərslik komplektlərinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi üçün ayrı-ayrı fənlər üzrə işçi qrupları yaradılıb.

İşçi qruplarına dərslik komplektləri və həmin sinif üzrə dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi nəticəsində formalaşmış rəylər təqdim edilib və onlara dərslik komplektlərinin Azərbaycan və rus dillərində olan variantlarının birgə təhlili, həmin komplektlərin məzmuna, dil, yazı üslubuna, dizayn və bədii tərtibatına, tapşırıqların elmi-metodiki uyğunluğuna və müəllim üçün metodik vəsaitin məzmununa yenidən baxılması üçün tapşırıqlar verilib.

Növbəti həftədən etibarən ayrı-ayrı fənlər üzrə işçi qrupları fəaliyyətə başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA