Daxili Işlər Nazirliyinin yüksək çinli əməkdaşları həbs olundu

img

24-09-2014 [19:19]


Beyləqan rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi İlham Pənahovun saxlanılması ilə bağlı məlumat yayılıb. 


Rayon sakinlərindən AzNews.az-a daxil olan məlumata görə, şöbə rəisi və onun Məmməd adlı müavini korrupsiyada, daha dəqiqi, saxta yolla pasport düzəltməkdə ittiham olunur. 

Bildirilir ki, bu şəxslər Gürcüstan vətəndaşından külli miqdarda pul alaraq onlara Azərbaycan pasportu verdiklərinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. 

Məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. E. Sultanov yayılan xəbəri dəqiqləşdirib, məlumat verəcəyini bildirsə də, sonrada zənglərimizə cavab vermədi. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də eyni münasibət sərgiləndi. Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov şöbənin digər əməkdaşı Orxan Mansurzadəyə müraciət etməyimizi məsləhət gördü. O.Mansurzadə isə dəqiqləşdirmək üçün vaxt istədi, sonradan isə zənglərimizə cavab vermədi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA