Bakının mərkəzində ağac maşınların üstünə aşdı - FOTO

img

24-09-2014 [18:46]


Bu gün saat 15.00 radələrində Bakının mərkəzində nəhəng ağac hərəkətdə olan avtomobillərin üzərinə düşüb.

Simsar.az-ın məlumatına görə, hadisə - Yasamal rayonu C. Cabbarlı küçəsində - "Caspian Plasa” biznes mərkəzin qarşısında baş verib.

Gözlənilmədən yolun kənarındakı ağac yola düşüb. Bu zaman hərəkətdə olan bir neçə avtomobil ağacın altında qalaraq əzilib.

Xoşbəxtlikdən hadisə zamanı ağacın düşdüyü ərazidə piyadaların hərəkəti sıx olmayıb. Buna görə də piyadalardan xəsarət alan olmayıb.

Hadisə baş verəndən sonra "Nizami” metro stansiyası  istiqamətində avtomobillərin sıx olduğu bu küçədə böyük tıxac yaranıb. Polisə məlumat verilsə də avtomobil sahiblərinin və kənardakı insanların köməkliyi ilə ağacın iri budaqları avtomobil yolundan təmizlənib. Bundan sonra avtomobillərin hərəkəti qismən təmin olunub.

Hazırda zərərçəkən avtomobil sahibləri ziyanın hesablanması üçün aidiyyatı qurumların nümayəndələrinin əraziyə gəlməsini gözləyirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA