Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
17-03-2026 [00:14]
Azərbaycanlı gənc Abutalıb Namazov bütün dünyada qəbul olunması ən çətin və ən nüfuzlu akademik proqramlardan biri sayılan Massachusetts Institute of Technology (MIT) universitetinin doktorantura proqramına başlayıb.
Mia.az xəbər verir ki, hələ bakalavr dövründən araşdırması bu əfsanəvi universitetin rəsmi saytında təqdim edilən Abutalıb Namazovu ad-soyadı və şəkli ilə artıq universitetin müəllim və araşdırmaçıları arasında görmək qürurvericidir. Xatırladaq ki, bu proqrama qəbul olmuş, Azərbaycanda çox məşhur, eyni zamanda çox sevilən şəxslərdən biri də Səlcuq Bayraktardır.
Hazırda 23 yaşı tamam olacaq Abutalıb Namazov ölkəmizdə hələ 2020-ci ildə dünyanın ən güclü texnologiya universitetlərindən biri sayılan Massachusetts Institute of Technology-yə (MIT) qəbulu ilə daha geniş miqyasda tanınmışdı. Buna qədər yerli və beynəlxalq olimpiadalarda qazandığı uğurlarla tez-tez gündəmə gələn bu məktəblinin nailiyyətləri böyüyən nəslə güclü motivasiya verdi. Nüfuzlu universitetlərə qəbul olmağın mümkünlüyünə inanan məktəblilər daha çox və daha məqsədli çalışmağa başladılar, yüksək nəticələr əldə edərək top ali məktəblərin tələbəsi olmağa can atdılar. Hazırda, doğrudan da, top universitetlərə qəbul olan şagirdlərin sayı kifayət qədər çoxalıb.
Abutalıbın sadə və imkanlı olmayan bir ailədən çıxması, səmimi və aydın nitqi ilə gənclərə təsir edə bilməsi məktəblilər arasında uğura canatma yönündə yeni bir dalğa yaratdı. Həmin dövrdə verdiyi müsahibələrdə azərbaycanlı uşaqların çox istedadlı olduğunu tez-tez vurğulayan Abutalıb Namazov, Bakıdakı universitetlərimizdə də çox sayda perspektivli gəncin təhsil aldığını qeyd edirdi. Abutalıb top universitetdə təhsil almamağa görə onları həvəsdən düşməməyə, təhsilin növbəti pillələrində dünyanın ən güclü universitetlərinə gedə biləcəklərinə inanmağa çağırırdı. Bu yanaşma yerli təhsil mərkəzlərində oxuyan gənclərə də əlavə motivasiya verdi.
Bütün tətillərdə ölkəyə qayıdaraq vaxtını məktəblilərin informatika olimpiadalarına hazırlığına ayıran, xüsusi kamplar təşkil edən və “Məndən daha istedadlı şagirdlərimiz var” sözlərini tez-tez deyən Abutalıb Namazovun təşəbbüsü digər istedadlı olimpiada qaliblərini olimpiada hazırlıqlarına cəlb etdi. Elm və Təhsil Nazirliyinin müvafiq qurumları da bu gənclərlə əməkdaşlıq quraraq nüfuzlu beynəlxalq informatika yarışlarında nəticələrin yaxşılaşmasına böyük təkan verdi. Nazirliyin əməkdaşlarından birinin sosial media paylaşımında qeyd edir ki, Abutalıb uzaqda olsa belə, olimpiadaların keçirilməsində gecələr yatmamaq bahasına belə əməyini əsirgəmir, həm də Olimpiada Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirir.
Təşəbbüskarlıq, çalışqanlıq və səmimi əməkdaşlıq öz nəticəsini verib. Hamımızın, xalqımızın, dövlətimizin və Elm və Təhsil Nazirliyinin qürur duyacağı nəticələr artıq ortadadır. Ötən il 3 məktəbli Beynəlxalq Olimpiadadan medalla qayıdıb.
Abutalıb Namazov bakalavr təhsilini 5 üzərindən 5 ortalaması ilə başa vurub. O, hələ 3-cü kursda magistraturaya qəbul olunmuşdu, doktoranturaya qəbul edildikdən sonra isə xüsusi prezident (rektor) təqaüdünə layiq görülüb. Onun təhsilinin bütün mərhələləri universiti tərəfindən maliyyələşib.
Azərbaycan Təhsil İnstitutunun direktor müavini və istedadlı məktəblilərlə işə rəhbərlik edən Fuad Qarayev öz paylaşımında Abutalıb Namazovu və bu il Oksford Universitetində doktoranturaya qəbul olunan Abbas Məmmədovu “brilyant doktorantlar” kimi təqdim edib.
Abutalıb Namazov son günlərdə daha bir layihəyə də başlayıb. O, azərbaycanlı proqram mühəndislərinin inkişaf və paylaşım edə biləcəyi bir platforma yaradıb. Kodlar.az saytında özü də, digər istedadlı proqramçılarla birlikdə öyrədici materiallar və təcrübələr paylaşır. Bu da gənc proqramçılara və tələbələrə böyük fayda verən platformaya çevrilməkdədir./AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi