Qılıncdan raketlərə: texnologiyanın dəyişdirdiyi dünya - TƏHLİL
16-03-2026 [08:58]
“Müharibə daim dəyişir, çünki onu aparan vasitələr dəyişir." Hərbi nəzəriyyəçi Carl von Clausewitz
Tarix bəzən imperiyaların taleyini bir döyüşdə, bəzən bir qərarda həll edir. Bəzən isə hər şey bir texnologiyadan başlayır.
1453-cü ildə Konstantinopolun fəthi bunun klassik nümunəsidir. Osmanlı sultanı II Mehmed şəhəri yalnız böyük ordu ilə deyil, həm də yeni silah texnologiyası ilə aldı. Bu texnologiyanın müəllifi macar mühəndisi Urban idi.
Urban əvvəlcə öz layihəsini Bizans imperatoruna təqdim etmişdi. O, şəhərin müdafiəsi üçün nəhəng toplar hazırlamağı təklif edirdi. Lakin zəifləmiş Bizans imperiyası bu layihəni maliyyələşdirə bilmədi.
Urban daha sonra Osmanlı sarayına müraciət etdi. Sultan Mehmed bu təklifi qəbul etdi və mühəndisə nəhəng toplar hazırlamaq üçün bütün imkanları verdi. Bu toplar Konstantinopolun məşhur qala divarlarını dağıtdı.
Tarixdə nadir hallarda belə ironiyalar olur: Bizansın rədd etdiyi texnologiya Bizans imperiyasının sonunu gətirdi.
Bir qərar və minillik imperiya tarixdən silindi.
Aradan altmış il keçəndən sonra eyni dərs Yaxın Şərqin başqa bir meydanında təkrarlandı.
1514-cü ildə baş verən Çaldıran döyüşü regionun siyasi tarixini dəyişdirdi. Osmanlı sultanı I Səlim ordusunu yeni hərbi texnologiya ilə silahlandırmışdı. Onun ordusunda sahə topları və tüfənglə silahlanmış piyadalar vardı.
Səfəvi hökmdarı Şah İsmayıl isə əsasən Qızılbaş süvarilərinə güvənirdi. Qızılbaş döyüşçüləri cəsarəti, sürəti və fədakarlığı ilə tanınırdı. Lakin cəsarət hər zaman texnologiyanı məğlub edə bilmir.
Osmanlı ordusunda on minlərlə əsgər, yüzlərlə top və çoxsaylı odlu silah vardı. Səfəvi ordusu isə əsasən süvari qüvvələrdən ibarət idi və artilleriya demək olar ki yox idi.
Çaldıran düzündə nəticə çox ağır oldu: süvari hücumları topların və tüfənglərin qarşısında dayana bilmədi. Cəsarət texnologiyanın qarşısında aciz qaldı.
Bu döyüş yalnız bir məğlubiyyət deyildi. O, Yaxın Şərqin güc balansını dəyişdirdi.
Tarix bu dərsi yalnız Çaldıranda verməyib.
1939-cu ildə Almaniyanın Polşaya hücumu zamanı bəzən Polşa süvari bölmələri alman tankları ilə qarşılaşırdı. Təsəvvür edə bilirsizmi? Vətənpərvər süvarilər əllərində qılınc tankların qarşısını almağa, Polşanı faşist Almaniyasından müdafiə etməyə çalışırdılar. Tarixin bu epizodu bir simvola çevrilib. Çünki sual çox sadədir: süvari tank qarşısında nə edə bilərdi?
Əlbəttə, qılınc və nizə ilə zirehli maşınları dayandırmaq mümkün deyildi. Texnologiya fərqi o qədər böyük idi ki, döyüşün nəticəsi əvvəlcədən məlum idi.
Bu həqiqəti xalq yaddaşı da çox əvvəl fərq etmişdi. Türk dünyasının məşhur qəhrəmanlıq dastanı Koroğluda bunun simvolik bir epizodu var. Dastanın müxtəlif variantlarında belə nəql edilir: qoç Koroğlu ömrü boyu öz düşmənlərini qolunun gücü və Misri qılıncı ilə məğlub edirdi. O, igidliyin və üzbəüz döyüşün simvolu idi.
Bir gün artıq yaşa dolmuş Koroğlu bir hadisənin şahidi olur. Kolun dalında gizlənmiş bir namərd tüfənglə at belində gedən bir mərdi vurur. Mərd adam güllə yarasından bir anın içində ölür. Bu mənzərəni görən Koroğlu qılıncını yerə atır və belə deyir: “Koroğlu zamanəsi bitdi. Bundan sonra namərdlərin dövranı başladı.”
Bu epizod sadəcə bir dastan səhnəsi deyil. O, texnologiyanın döyüş qaydalarını kardinal şəkildə dəyişdirdiyini çox sadə və təsirli şəkildə izah edir.
Texnoloji üstünlük bəzən yalnız orduların deyil, bütün sivilizasiyaların taleyini dəyişdirir.
Avropalıların odlu silahları və dəniz texnologiyası Amerika və Avstraliya qitələrində yerli xalqların taleyini dramatik şəkildə dəyişdirdi. On milyonlarla aborigen insan təpədən dırnağa qədər top-tüfənglə silahlanmış avropalıların güdazına getdi.
Müasir dövrdə isə müharibələrin taleyi artıq toplar və tanklarla yox, raket texnologiyası ilə müəyyənləşir.
İran son onilliklərdə raket proqramını sürətlə inkişaf etdirib. Bu proqramın bir hissəsi Şimali Koreyada hazırlanmış modellərə əsaslanır.
İrandan Avropaya məsafə isə cəmi 4-5 min kilometrdir. Şimali Koreya raketləri isə 10-15 min kilometrdəki hədəfləri vura bilir. Bu isə o deməkdir ki, belə texnologiyalar geniş yayılsa, yəni İran bu texnologiyanı əldə etsə, Avropanın böyük hissəsi də potensial hədəfə çevrilə bilər.
Məhz buna görə Qərb uzun illər İranın həm nüvə proqramından, həm də uzaqmənzilli raket texnologiyalarından narahat olub.
Konstantinopolun divarları toplar qarşısında dayana bilmədi.
Çaldıranda süvarilər artilleriya qarşısında dayana bilmədi.
XX əsrdə polyak atlılar tankların qarşısında dayana bilmədi.
XXI əsrdə isə müharibələrin taleyi raketlər, pilotsuz aparatları və yüksək texnologiyalı silah sistemləri ilə müəyyənləşir.
Tarix dəyişir. Silahlar dəyişir. İmperiyalar dəyişir. Dəyişməyən isə yalnız bir həqiqətdir: müharibələri çox vaxt ən cəsur ordular yox, ən üstün texnologiyalar qazanır.
Elbəyi Həsənli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi