13 internat məktəbi bağlandı - Rəsmi açıqlama

img

24-09-2014 [17:57]


Təhsil Nazirliyi bir müddət əvvəl medianın gündəminə azyaşlı uşağın döyülməsi xəbəri ilə gələn 7 saylı internat məktəbinin bağlanması xəbərini təsdiqləyib.

"Qafqazinfo”nun sorğusuna cavab olaraq Nazirlikdən bildirilib ki, 13 internat məktəbi artıq ləğv olunub.

Bununla yanaşı yerlərdə bu müəssisələrə alternativ olan xidmətlərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Belə ki, Bakı şəhərinin Xəzər rayonunda ailə tipli kiçik qrup evi yaradılıb və hazırda fəaliyyət göstərir, digərinin isə Lənkəran şəhərində tikintisi davam etdirilir. Bu tədbirlər planına uyğun olaraq 2 günərzi qayğı və 4 reabilitasiya mərkəzi də yaradılıb.

Həyata keçirilən tədbirlər çərçivəsində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi ləğv olunub. Məktəbin 40 nəfər şagirdi ailələrinin himayəsinə qaytarılıb, xüsusi siniflərdə təhsil alan şagirdlərin təhsillərini digər internat məktəbində davam etdirməsi təmin olunub. Tərbiyəçi-müəllimlərin isə həmin müəssisədə işlə təmin olunması nəzərdə tutulub.

Növbəti illər ərzində daha bir neçə bu tip müəssisənin fəaliyyətinə yenidən ba¬xılması və onların sayının azaldılması üçün müvafiq tədbirlərin görülməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA