Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."

img

13-03-2026 [19:24]


"İsrail Livana hücumlara son verməli, atəşkəs anlaşmasına əməl etməlidir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Livan prezidenti Cozef Aun Beyrutda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşdə  deyib.

Livan prezidenti israili hücumlara dərhal son verməyə çağırıb: "Biz İsraillə danışıqlara hazırıq, lakin hələ də qarşı tərəfdən bu mesajlarımıza cavab almamışıq. Biz beynəlxalq ictimaiyyətdən bu həssas prosesdə Livanı dəstəkləməsini gözləyirik".

BMT Baş katibi də İsrailin hücumunu qanunsuz sayıb və dialoqun yeganə həll yolu olduğunu deyib.

Hüseyn Namazov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA