Azərbaycandakı hərbi çağırışçılara şad xəbər

img

24-09-2014 [17:02]


Hərbi xidmətə çağırılan gənclər oktyabr ayından etibarən hansı hərbi hissəyə düşdüyünü SMS-lə öyrənə biləcəklər. Bu barədə Trend-in sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kapitan Nurəddin Heydərov deyib.

Onun sözlərinə görə, həqiqə hərbi xidmətə yollanan çağırışçılar artıq oktyabr ayından etibarən hansı hərbi hissəyə düşdüklərini SMS-lə öyrənə biləcəklər: "Çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdüklərini öyrənəcəklər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə biləcəklər”.

N.Heydərov qeyd edib ki, yeni sistemin üzərində son tamamla işləri gedir və bundan oktyabr ayında istifadə edə biləcəklər. Xidmət pulsuz olacaq.

Yalnız mobil operatorlar tərəfindən qısa mesaja görə hansısa kiçik məbləğ tutula bilər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA