Leyla Yunusu həbsxanada döyüblər

img

24-09-2014 [15:51]


Kürdəxanıda yerləşən 1 saylı İstintaq təcridxanasındakı mənbə inanılmaz bir məlumat verib. Həmin məlumatda iddia olunur ki, hüquq müdafiəçisi, siyasi dustaq Leyla Yunus həbsxana əməkdaşlarının biri tərəfindən döyülüb. Həmin əməkdaşın kişi cinsinə mənsub olduğu və mayorrütbəsi daşıdığı iddia edilir. Məlum olduğu kimi, Leyla Yunus son günlər vəkilləri ilə əlaqəyə çıxmırdı və görüşə gələ bilmədiyi xəbərini göndərirdi.

Musavat.com bildirir ki, məlumat dəqiqdir və onun təsdiqlənməsi istiqamətində iş gedir. Yaxın saatlarda bu məsələ ilə bağlı vəkillərində münasibəti olacaq(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA