İnternetə güzəşt olacaq-Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

img

24-09-2014 [14:55]


Azərbaycanda rabitə xidmətləri üzrə güzəşt kampaniyaları keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) müvafiq strukturlara rabitə xidmətləri üzrə güzəştli kampaniyaların keçirilməsi ilə bağlı mütəmadi olaraq tapşırıqlar verir.

Növbəti dəfə noyabr-dekabr aylarında əhaliyə təqdim olunan rabitə xidmətləri üzrə güzəşt kampaniyalarının təşkil olunması nəzərdə tutulur.

Bu, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən təsdiqlənən rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının keçirilməsi və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar Tədbirlər Planında əksini tapıb.(ans press)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA