TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
12-03-2026 [10:47]
ABŞ, İsrail və İran arasındakı müharibənin 13-cü gününə ABŞ Prezidenti Donald Tramp İranda açıq şəkildə istədiyi adamın lider kürsüsünə oturmasının vacibliyini önə çəkib. O bildirib ki, əks halda dayanmayacaqlar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ lideri Merilenddəki Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Tramp İranda savaşın nə vaxt dayanacağı barədə suala belə cavab verib: "Nə vaxt dayanacağıq? Biz İrandan qaynaqlanan problemlərin təkrar böyüməsinə imkan vermək istəmirik. Konkret olaraq biz İranda nə etdiyini bilən birini lider postunda görmək istərdik. Başqa sözlə, ölkəni yenidən qura bilən biri. Başqa bir şey də var. Tehranın bəzi yerlərinə də çox aır zərbələr endirə bilərik. Əgər bunu etsək, onların ölkələrini yenidən qurması demək olar ki, mümkünsüz olacaq. Amma biz bunu etmək istəmirik. Lakin onların elektrik infrastrukturuna zərbə endirə bilərik. İranın elektrik tutumunu bir saata məhv edə bilərik və onu yenidən qurmaq üçün onlara ən azı 25 il vaxt lazım olacaq. Ancaq biz bunu etmə istəmirik"
Tramp bildirib ki, İranla müharibə indiyə qədər görülməmiş ən yaxşı şəkildə aparılır: "Digər ölkələr də bunu deyir. Böyük ölkələr, güclü ölkələr əvvəllər heç vaxt belə bir şey görmədiklərini deyiblər. Onlar mənim etdiyimlə razıdırlar. Deyirlər ki, İran çox pis və şər ölkədir."
ABŞ-ın daxilində neçə İranla əlaqəli casus hücrələri barədə suala cavab verən Tramp bunu təsdiqləyib: "Bəli, belə siqnal almışıq. Baydenin açıq sərhəd siyasəti səbəbindən ABŞ-a çoxlu insan gəlib. Amma biz onların əksəriyyətinin harada olduğunu bilirik. Düşünürəm ki, hamısını gözdən qaçırmırıq. Onlar göz həbsindədir. İran rejimi artıq demək olar ki, yolun sonuna çatıblar. Amma bu, "biz bunu dərhal bitirəcəyik" demək deyil. İndi onların nə donanması, nə hava qüvvələri, nə zenit topları, nə də heç bir idarəetmə sistemləri yoxdur. Və biz İran üzərindən uçmaqda tamamilə sərbəstik. İrandakı içimizi bitirənə qədər oradan ayrılmayacağıq və bu, çox tez baş verəcək. Biz işi lazımi qaydada başa çatdırmalıyıq. Hər iki ildən bir İrana geri qayıtmaq istəmirik. Onların 58 gəmisini məhv etdik. Onların mina yerləşdirmə qurğuları var idi, biz də onları da məhv etdik. İranın güclü ordusu vardı. Ancaq Amerika ordusu Tehranın gözlədiyindən daha sərt hücumlar başlatdı".
Tramp İranla müharibə səbəbindən artan benzin qiymətlərinin də tezliklə düşəcək.
Samir MUSAYEV
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi