PA rəhbəri Ramiz Mehdiyevin yeni kitabı - Tədbir

img

24-09-2014 [14:01]


Bu gün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabineti Aparatının nümayəndələri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları iştirak ediblər.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov kitab haqqında məlumat verib, onun əhəmiyyətindən danışıb. Əli Həsənov deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab erməni millətinin saxtakarlıqlarını, iç üzünü açıq aydın göstərən dəyərli mənbədir.

Tədbirdə digər çıxış edənlər kitabda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ardıcıllıqla, tarixi faktlara əsaslanaraq göstərilməsindən bəhs ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA