24-09-2014 [13:20]
Ucar rayonu Gəraybəyli kəndi sakini Əliyeva Kütah
Məhəmmədəli qızı tərəfindən Mia.az-a
şikayət məktubu daxil olub.
K.Əliyeva yazır
ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməyinin 16 saylı Ərazi İdarəsinin
rəisi Ədalət Cabbarov və müavini Vaqif Abdullayev korrupsiya şəbəkəsi yaradaraq,
vətəndaşların əmlaklarını başqa şəxslərə satmaqla talançı əməllərini davam
etdirirlər: "Nəticədə vətəndaşlar üz-üzə qalıb, münaqişəyə cəlb olunublar. Bu adamlar
mənim qanunu torpaq sahəmi də başqa şəxsə satıblar. Halbuki həmin torpaq
sahəsini 2010-cu il tarixdə qanunu qaydada mən almışam, əlimdə sənədlər
var. Hətta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənə çıxarış da
verilib. Bundan sonra, yəni 2014-cü il tarixdə həmin torpaq sahəm üzrə başqa şəxsə
də DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov və müavini Vaqif
Abdullayev çıxarış veriblər. Bu, açıq-aşkar cinayət faktıdır ki, bunu bu
korrupsiyaya qurşanmış vəzifəli şəxslər küllü miqdarda rüşvət hesabına həyata
keçiriblər”.
Şikayətçi iddia
edir ki, idarə rəisi və müavini rüşvəti qəbul etmək üçün idarədən kənarda
obyekt götürüb, orada öz yaxın adamlarının vasitəsi ilə rüşvəti qəbul
edirlər: "DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov və onun
müavini Vaqif Abdullayevin belə qanunsuz əməllərindən vətəndaşlar cana
yığılıblar. İnsanlar çox əziyyət çəkirlər. Mənim 72 yaşım var. Bu torpağı halal
pulumla aldım ki, yetimliklə böyütdüyüm nəvəm orada obyekt inşa etdirib, çörək
pulu qazanar. Ancaq bu özbaşınalıq səbəbindən halal torpağımızın üzərində
tikinti işləri apara bilmirik. Mən bu barədə Əmlak Komitəsinin sədri, cənab
Kərəm Həsənova və digər orqanlara şikayət ərizələri ilə müraciətlər etmişəm,
ancaq indiyədək heç bir tədbir görülməyib. Mən mətbuat vasitəsi ilə Prezident
cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib, xahiş edirəm,
DƏDƏRX-nin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarovun və müavini Vaqif
Abdullayevin korrupsiya əməllərini araşdırıb, onların barəsində tədbirlər
görəsiniz. Mən Sizə inanıram, əminəm ki, Siz müraciətimi nəzərə alıb, qanunu
tədbirlər görəcəksiniz”.
Qeyd edək ki, K.Əliyeva
müvafiq sənədləri də şikayətinə əlavə edib. Bununla bağlı qarşı tərəfi də
dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi