Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib - FOTOLAR
10-03-2026 [17:19]
Gülüstan Sarayında Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hər il ənənəvi olaraq təşkil edilən “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri baş tutub.
Mia.az xəbər verir ki, tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti, Qrupun tərkibinə daxil olan şirkətlərin rəhbərləri, idarəetmə komandası və müxtəlif struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Tədbirin əsas məqsədi ötən ilin nəticələrinin qiymətləndirilməsi, əldə olunan uğurların bölüşülməsi və qarşıdakı dövr üçün strateji prioritetlərin müəyyənləşdirilməsi olub.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Veysəloğlu Şirkətlər Qrupunun himni təqdim olunub.
Davamında ölkəmizin və Şirkətlər Qrupunun 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri əks etdirən videoçarxlar nümayiş etdirilib.
Tədbir çərçivəsində Qrupun əsas biznes istiqamətləri üzrə fəaliyyət göstərən "Veysəloğlu-Distribusiya", "OBA" marketlər şəbəkəsi, "Veysəloğlu-Rossmann", "Veysəloğlu-Əmlak" və "Araz" supermarketlər şəbəkəsinin rəhbərləri tərəfindən təqdimatlar keçirilib. Çıxışlarda şirkətlərin ötən dövr üzrə fəaliyyət nəticələri, bazar mövqeləri və gələcək inkişaf strategiyaları barədə ətraflı məlumat verilib.
Proqramın davamında şirkətlərin idarə heyəti üzvlərinin iştirakı ilə panel müzakirəsi təşkil olunub. “Rəqəmsal dövrdə strateji rəhbərlik və komanda sinerjisi” mövzusuna həsr olunan paneldə iştirakçılar müasir idarəetmə modelləri, innovativ yanaşmalar və komanda əməkdaşlığının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Tədbirin ikinci hissəsində Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşları ilə əməkdaşlıq təcrübəsini əks etdirən videoçarx təqdim olunub. Ardınca şirkətin korporativ dəyərlərinə və təşkilati mədəniyyətinə uyğun olaraq “Vəfa Zirvəsi” mükafatlarının təqdimatı keçirilib.
Daha sonra şirkət rəhbərləri tərəfindən “Komanda işi” nominasiyaları üzrə fərqlənən əməkdaşlar təltif olunub. Həmçinin bütün Şirkətlər Qrupunu əhatə edən “İlin nominasiyaları” çərçivəsində qalib layihələr mükafatlandırılıb.
Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Veysəloğlu "VŞQ"nin inkişaf strategiyası, korporativ dəyərlərin gücləndirilməsi və gələcək hədəflərlə bağlı fikirlərini bölüşüb. Gecənin sonunda əvvəlki illərin qaliblərinin xronoloji təqdimatı nümayiş etdirilib və “Təsisçidən Özəl”, “İlin Ən Mənfəətli Şirkəti” və “İlin Şirkəti” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.
Qeyd edək ki, “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri Veysəloğlu Şirkətlər Qrupunun daxilində strateji planlaşdırmanın gücləndirilməsi, komanda birliyinin möhkəmləndirilməsi və institusional inkişafın təşviqinə xidmət edir.







Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi