Səhiyyə Nazirliyi ana ölümünə münasibət bildirib

img

24-09-2014 [12:12]



Səhiyyə Nazirliyi Bərdədə doğuş zamanı baş verən ana ölümünə aydınlıq gətirib.

Nazirliyinmətbuat xidmətindən bildirilib ki, Yevlax rayon sakini, 28 yaşlı Aynur Məhərrəm qızı Manafova xəstəxanaya daxil olunub. Keçirilən müayinədən sonra qadın doğuş üçün əməliyyata alınıb. Əməliyyat zamanı oğlan uşağı xaric olunub.

Əməliyyatdan sonra qadında göyərmələr baş verib. Həkimlərinmüdaxilələrinə baxmayaraq qadın dünyasını dəyişib.

Qeyd edək ki, bu qadının üçüncü hamiləliyidir.

Hazırda hadisə Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Nəticələr onların araşdırmasında sonra məlum olacaq.

Qeyd edək ki, Bərdədə ana doğuş zamanı ölüb. Yevlaxrayonsakini 28 yaşlı Manafova Aynur Məhərrəm qızı dünən xəstəxanaya yerləşdirilib. Bədbəxt hadisə təxminən 3 saat bundan əvvəl baş verib. Bu gün axşam saatlarında o, doğuş zamanı həyatını itirsə də, övladı sağ qalıb.

Xəstəxanada rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları araşdırma aparırlar.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA