7 yaşlı uşağın döyüldüyü internat məktəbi bağlandı

img

24-09-2014 [11:59]


Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 7 saylı internat məktəbi bağlanıb. Bu barədə Aktual.Az-a məktəbin müəllimlərindən biri məlumat verib.


Onun sözlərinə görə, 7 saylı internat məktəbin bağlanması nəticəsində 130 müəllim və işçi heyəti işsiz qalıb.

Məlumatda bildirilir ki, hazırda müəllimlər intenat məktəbin önündə toplaşıblar: "Ötən gün bizə nazirin əmrini oxudular. Bildirdilər ki, internat bağlanır. Burada çalışanlara 2 aylıq əməkhaqqı veriləcək. Dedilər ki, bu müddət ərzində özünüzə iş tapın. Biz hardan iş tapaq? Əslində, bizi işlə təmin etməlidirlər".

Xatıraladaq ki, bir müddət öncə Təhsil Nazirliyi 7 yaşlı Nahid Cavadovun döyülərək, yaxud yıxılaraq xəsarət alması ilə gündəmə gələn 7 saylı internat məktəblə bağlı araşdırmalara başladığını açıqlamışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA