Azərbaydanda eynicinslilər nişanlandı

img

23-09-2014 [21:02]


Azərbaycanda qeyri-ənənəvi nişan mərasimi təşkil edilib.

Nəfəs LGBT (lezbiyan,gey, biseksual, transeksual) Azərbaycan Alyansının prezidenti Atilla Bəy Cavid eynicinsli sevgilisi ilə nişanlandığını bəyan edib. O, bu barədə şəxsi facebook səhifəsində məlumat verib:

"Bəli biz bunu etdik. Homofob cəmiyyətimizə meydan oxuduq. Hünərli, cəsarətli olan hər kəsə qismət olsun. Sevginin cinsi yoxdur, unutmayın bunu. Bu hadisəni bəyənməyənlər də xahiş edirəm öz fikirlərini ve dedi-qodularını özlərinə saxlasınlar. Xoşbəxt günümüzə sevinən və dəstək olan hər kəsə isə təşəkkürlər!”

Qeyd edək ki, Azərbaycanda eynicinsli şəxslərin nikahı qanunla qadağandır(qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA