TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"

img

06-03-2026 [00:05]


ABŞ Prezidenti Donald Tramp İranın yeni liderini kimliyini özünün müəyyən edəcəyini deyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Amerikanın "Politico" jurnalına müsahibəsində deyib.

ABŞ prezidenti İran rejiminin tezliklə təslim olacağını iddia edib: "İrana hücum əməliyyatımız çox uğurlu şəkildə davam edir. İran rejimi təslim olacaq. Orada bundan sonra yeni liderin təyin olunmasını müəyyən edəcəyəm. Bəli, İranın yeni liderinin kimliyinə böyük təsirim olacaq, əks halda onlar bizimlə heç bir razılığa gələ bilməyəcəklər. Biz xalq və yeni rejimlə birlikdə İranı nüvə silahı olmadan gözəl şəkildə inkişafa çatdıracaq birinin hakimiyyətə gəlməsini təmin edəcəyik".

Tramp ABŞ-İsrail hücumunda həlak olan dini lider Ayətullah Əli Xameneinin oğlu Murtaza Xameneinin onun yerinə gəlmə ehtimalını isə qəbul etməyib: "Onunla bağlı xəbərləri izlədim. Xameneinin oğlu lider kmi qeyri-kafidir. Ondan rəhbər olmaz".

Tramp deyib ki, İranın hazırkı rejimi təslim olana qədər əməliyyat davam edəcək: "Biz orada "cərrahi əməliyyat" aparırıq. Bizim limitsiz silah ehtiyatlarımız var. İran rejimi buna çox dözməyəcək".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA