Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"

img

06-03-2026 [00:08]


ABŞ Prezidenti Donald Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Amerikanın "Politico" jurnalına telefonla müsahibəsində danışıb.

 Donald Tramp İran rejiminin tezliklə çökəcəyini deyərək, növbəti hədəfin Kuba olduğunu deyib: "Kubada da rejim çökəcək. Əslində, Kubada hökuməti devirmək çox asandır. Bəs siz nə düşünürsünüz? 50 ildir ki, bu məsələ tortun üstündəki krem kimidir. Mənim üçün bu, kiçik bir məsələdir. ABŞ rəsmiləri hazırda Kubanın kommunist rejimi ilə əlaqədədir. Onların köməyə ehtiyacı var. Biz Kuba ilə danışırıq. Orada yeni lideri özüm müəyyən edəcəm. İndi onlar razılaşmaq istəyirlər. İrandan sonra görəcəyik nələr olacağını... ".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA