İki əsgərimizi itirdik - Müdafiə Nazirliyi

img

23-09-2014 [19:59]


Bu gün saat 14.30 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar. 

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, döyüş mövqeyində təhlükəsizlik qaydalarını pozduğundan Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağstafa rayonundan hərbi xidmətə çağırılmış əsgəri Şəbiyev Kəramət Şəmkir oğlu düşmən tərəfindən atılan snayper atəşindən həlak olub.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır. 

Müdafiə Nazirliyinin digər xəbərinə görə, bu gün saat 13.20 radələrində Silahlı Qüvvələrimizin 1996-cı il təvəllüdlü,Yevlax rayonundan hərbi xidmətə çağırılmış əsgəri Sadıqov Pərviz Vidadi oğlu infeksion-toksiki şok, hemorragik vaskulit, visseral forma, ildırım sürətli gedişli diaqnozu ilə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına daxil olub. 

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və xəstə saat 15.35 radələrində vəfat edib. 

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişmiş əsgərlərimizin valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA