Ağstafada leysan yağdı, maşın dərəyə yuvarlandı - VİDEO

img

23-09-2014 [18:00]


Bu gecə Ağstafada yağan leysan yağış güclü selə səbəb olub. Rayonun Dağ Kəsəmən kəndinə xeyli ziyan dəyib. Güclü sel kənd sakininin avtomobilini təxminən 200 metr sürüyüb.

Sakin Mikayıl Hacıyev: "Gecə 3-ə qalmış, təxminən 3 radələrində güclü yağışla sel gəldi. Burada həmişə sel gələn yerdir. Maşın da qapıda dayanmışdı. Güclü sel gətirib çırpdı su keçidinin ağzına. Qarşısı kəsildiyinə görə su qalxdı burdan evlərin, həyətlərin hamısına su doldu”.

Çətinliklə də olsa avtomobil dərədən çıxarılıb. Lakin nəqliyyat vastəsi tamami ilə yarasız hala düşüb. Su keçidinin önünü avtomobilin bağlaması nəticəsində göllənən lilli su yaxınlıqdakı evlərə, bağlara və bəzi tikililərə ziyan vurub.

Zərərçəkən Habil Hacıyev: "Dama girib. Toyuq-cücəmi və üç-dörd xırda heyvanımı öldürüb. Bir də mer-meyvəmi batırıb. Bu ağaclar da quruyacaq hamısı.”

Zərərçəkən Sədaqət Həsənova: "Bax bu bahalı daşları almışdıq ki, bura düzdürək. 150 kvadrat metr daş idi. Hamısını aparıb sel tapa bilmirəm. Darvazanı qırıb, sementlərimi, bir maşın qumumu aparıb”.

Dəymiş ziyanın aradan qaldırılması üçün rayonda fövqəladə komisiya yaradılıb.

Fövqəladə komisiyanın üzvü Sənan Musayev: "Hazırda ziyanın dəqiqləşdirilməsi üçün işlər gedir. Onu da deyim ki, su meliorasiya idarəsinin sifarişi ilə bəndlənmə layihəsi hazırlanır. Həmin bəndləmədən sonra dağlardan gələn su toplanacaq və təsərrüfatda istifadə ediləcək.”

Sel sularına qərq olan kəndi lildən təmizləmək üçün xeyli sayda texnika cəlb olunub. Fəsadların aradan qaldırılması üçün tədbirlər davam etdirilir.


Türkel TV


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA