Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"

img

03-03-2026 [23:03]


"Qətər ABŞ-İsrail hücumlarında iştirak etdiyinə dair xəbərlər doğru deyil".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Qətər xarici işlər nazirinin müavini və Baş nazirin müşaviri Məcid əl-Ənsari deyib.

O bildirib ki, Qətər İranı hədəf alan kampaniyanın tərkibində deyil və olmayıb: "Biz özünümüdafiə hüququmuzdan istifadə edərək İranın ölkəmizə qarşı hücumlarının qarşısını almağa çalışırıq".

Qətər rəsmisi daha sonra beynəlxalq ictimaiyyəti rəsmi açıqlanmayan hər hansı bir məlumata inanmamağa çağöırıb.

Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi də bölgə ölkələri ilə müharibədə olmadıqlarını və bu ölkələrin İran ərazisinə hücumlarla bağlı ABŞ-a təzyiq göstərməli olduqlarını bildirib: "Biz yalnız bölgədəki Amerika bazaları və əsgərlərini vururuq".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA