Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb

img

03-03-2026 [17:22]


Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli deyib.

“Fevralın 27-si 4,7 maqnitudalı zəlzələ baş verəndə ocaqda gərginliyin çox olması bizi narahat edirdi. Lakin bir neçə gündür qırılma boyu xırda təkanlar davam edir. Bu, əslində çox yaxşı haldır. Ocaqda gedən gərginliyin boşalmasına kömək edir. Enerji boşalması güclü, dağıdıcı zəlzələ olması ehtimalını aradan qaldırır. Həmin zəlzələdən sonra qeydə alınan təkanlardan bir neçəsi hiss edildi. Xırda təkanlar gərginlik boşalması seysmik fon səviyyəsinə enənənə qədər davam edəcək. Əhalini narahat olmamağa səsləyirəm”, - deyə Q.Yetirmişli bildirib/Azərtac


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA