Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"

img

03-03-2026 [17:34]


Bu gün İsrailin iqamətgahını bombaladığı İran Prezidenti Məsud Pezeşkian yeni mesaj verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ABŞ-İsrail hücumlarına baxmayaraq, ölkə daxilində milli birliyin haim olduğunu və bütün dövlət quurmlarının kordinasiyalı fəaliyyətlərini davam etdirdiyini açıqlayıb.

Pezeşkian bildirib ki, qərarların tez və yerli şəraitə uyğun olaraq qəbul edilməsi üçün şəhər rəhbərlərinə lazımi səlahiyyətlər verilib: "Biz vilayət rəhbərləri ilə  birbaşa əlaqə saxlayırıq. Fövqəladə vəziyyətdəyik. Lakin ölkə yerində dayanmayıb. Ölkə daxilində dinamik fəaliyyət lazımı formada işləyir. Bu, bizim üstünlüyümüzdür. Bizim ind əsas sərvətimiz milli birliyimizdir".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA