23-09-2014 [16:34]
Bakıda yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasında yaxından iştirak edən vəzifəli şəxslər, məmurlar da var. Onlardan biri də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur. Avtosfer.az saytında bir neçə gün əvvəl H.Abutalıbovun 10 AA 008 dövlət nömrə nişanlı xidməti avtomobilinin Səməd Vurğun küçəsi ilə yolun əksinə hərəkət etməsi, qəza şəraiti yaratması və maşında qadağan olunmuş səs siqnalının olması barədə məlumat vermişdik. Bunu sübut edən videomaterial da təqdim olunmuşdu. Lakin bəziləri hesab etdi ki, bu, qərəzli yanaşmadır. Guya, Hacıbala Abutalıbov Azərbaycanda xüsusi diqqət mərkəzində olan 5 məmurdan biridir və o, istədiyi qayda pozuntusuna yol verə bilər. Amma əslində belə deyil. Hacıbala Abutalıbov sadəcə, Bakı şəhər İcra Hakimiyyətinin başçısıdır və onun avtomobili də xüsusi təyinatlı və ya operativ nəqliyyat vasitəsi yox, xidməti avtomobildir. Bu avtomobillə isə heç bir qayda pozuntusuna yol vermək olmaz. Əks halda, hamı kimi cəzasını çəkmək lazımdır. Lakin görünür, Bakı merinin sürücüsü cəzasızlıq mühitinə düşüb və avtomobil də Hacıbala Abutalıbovun adı ilə bağlı olduğu üçün necə istəyir o cür də hərəkət edir. Əslində isə Bakı meri özü nümunə göstərməli və özü qaydalara əməl edib başqalarından da bunu tələb etməlidir.
Bu fotolara diqqətlə baxın. İstiqlaliyyət küçəsi ikizolaqlı yoldan ibarətdir. Onun da birini Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov zəbt edib. Yəni, burada onun xidməti avtomobili dayanır. Sual yaranır: onsuz da sıxlıq, tıxacla zəngin olan Bakıda Hacıbala Abutalıbovun bu cür qayda pozuntusuna nə ad vermək olar? Bəlkə, heç merin bundan xəbəri yoxdur, sürücü vəziyyətdən sui-istifadə edir. Bəs, Dövlət Yol Polisi İdarəsi hara baxır? Göz görə-görə yolun hərəkət hissəsində dayanmış bu maşın digər hərəkət iştirakçılarına maneə yaradırsa, bununla bağlı mütləq tədbir görülməlidir. Çünki Hacıbala Abutalıbovun xidməti avtomobilinin dayandığı yerdən 10 metr arxada dayanma-durmanı qadağan edən yol nişanı var. Yol polisi ya bu nişanın təsiri altında olan bütün avtomobillərə qarşı tədbir görməlidir, ya da özünü biabır etməmək üçün o nişanı oradan götürməlidir. Axı qaydalar hamı üçündür. «Yol hərəkəti haqqında" Qanunun 52-ci və 64-cü maddələrinin tələbinə əsasən 3.27 "Dayanmaq qadağandır" nişanının təsir sahəsində istənilən nəqliyyat vasitəsinin həm dayanması, həm də duracağa qoyulması (parklanması) qadağandır. Bu qadağadan istisna yalnız operativ nəqliyyat vasitələri üçün mümkündür. Operativ nəqliyyat vasitələrinin dairəsini də həmin Qanun belə müəyyən edir: operativ nəqliyyat vasitələri yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin , hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir. Göründüyü kimi, bu siyahıda BŞİH başçısına aid avtomobil yoxdur, ola da bilməz. Hətta operativ nəqliyyat vasitələri də hərəkət qaydalarından kənara xidməti zərurətlə əlaqədar, müstəsna hallarda çıxa bilərlər. Minik maşınını saatlarla küçədə saxlamaq isə hər hansı xidməti zərurətdən irəli gələ bilməz. Bilin və agah olsun ki, belə vəzifəli şəxslərin xidməti avtomobillərinin heç bir üstünlüyü yoxdur. Qanun belə yazılıb. Biz yazmamışıq. Yazanlar yazıb. Sadəcə, biz ona əməl etməliyik.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi