"Qalatasaray" bu oyunçunun maaşını artırır - Yeni müqavilə təklifi var

img

02-03-2026 [13:46]


"Qalatasaray"  Cənubi Amerika komandalarının "radarı"nda olan Lukas Torreyranı komandada saxlamaq üçün onunla yeni müqavilə bağlamağa hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub may ayında onunla yeni danışıqları aparacaq.

Bildirilir ki, ona yeni müqaviləsində  bonuslar da daxil olmaqla ilik maaşını 5,5 milyon avroya qaldırılması təklifi olacaq.

Xatırladaq ki, 2028-ci ilin yayına qədər müqaviləsi olan və bonuslarla birlikdə ildə təxminən 4 milyon avro qazanan 30 yaşlı oyunçuya digər klublardan əlverişli təkliflər gəlməyə başlayıb.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA