Kollecdə insan alverinə qarşı tədbir - FOTO

img

23-09-2014 [15:28]


Ağdam Dövlət Sosial İqtisadi Kollecində insan alverinə qarşı mübarizə mövzusunda  tədbir keçirilib.

Mia.az-a verilən məlumata görə, tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis baş-leytenantı Emin Əsədov, Ağdam Dövlət Sosial İqtisadi Kollecinin direktor müavini Mütəllim Cavadov və  İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, "XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri  Mahirə Əmirhüseynova çıxış ediblər.  

Seminar iştirakçılarına insan alverinin formaları, cəlbetmə üsulları, insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının və QHT-lərin rolu barədə məlumat verilib.

Çıxış edənlər belə tədbirlərin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıblar və bu yöndə daim maarifləndirmə işlərini apardıqlarını və insanları bu bəlaya düçar olmamaq üçün əllərindən gələni etdiklərini qeyd ediblər. Xüsusilə insan alveri, onun qurbanları, bu alverin doğurduğu fəsadlar, Azərbaycanda insan alverinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat veriblər. Seminar iştirakçılarına insan alverinin anlayışı, insan alverinə qarşı mübarizənin mahiyyəti, formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə məlumat verilib. Tədbirdə iştirakçılara insan alveri ilə bağlı film nümayiş etdirilmiş və maarifləndirici bukletlər paylanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA