İranın ali dini rəhbəri və yüksək vəzifəli şəxsləri öldürülüb! - 40 GÜNLÜK MATƏM ELAN OLUNDU (YENİLƏNİB)
01-03-2026 [09:08]
ABŞ və İsrailin hücumları nəticəsində İranın ali dini rəhbəri Əli Xamenei öldürülüb.
Mia.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Mlumatı ali dini liderin alə üzvləri də təsdiqləyib: "Xamenei şənbə günü səhərin erkən saatlarında, iş yerində şəhid olub".
İran hökuməti ölkənin ali dini rəhbəri Əli Xameneinin ölümü ilə əlaqədar 40 günlük ümummilli matəm və yeddi gün iş olmayacağı elan olunub.
Məlumatda o da deyilir ki, dini liderin ölümündən sonra İran Prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn, Konstitusiyanın Keşikçiləri Şurasının adı açıqlanmayan üzvü keçid dövründə ölkəyə birgə rəhbərlik edəcəklər.
İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə deyib, tezliklə İranda müvəqqəti Rəhbərlik Şurası formalaşdırılacaq və yeni Rəhbər seçiləcək: "Konstitusiyaya uyğun olaraq, varis seçilənə qədər ali liderin vəzifələrini icra edəcək rəhbər şura müəyyənləşib".
***
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ali dini lider Əli Xameneinin öldürülməsi ilə bağlı geniş əməliyyatlara başlayır.
"Tasnim" xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında qeyd olunub.
"İran millətinin intiqam əli Xameneinin qatillərini ağır, qəti və peşmanedici şəkildə cəzalandırmaq üçün onların yaxasından əl çəkməyəcək", - məlumatda bildirilib.
Təşkilat ali dini liderin öldürülməsinin aşkar dini, əxlaqi, hüquqi və beynəlxalq normaların pozulması kimi dəyərləndirib.
İran hökuməti də Xameneinin ölümü ilə bağlı yaydığı bəyanatda cinayətkarların cəzasız qalmayacağını açıqlayıb: "İslam ümmətinin və dünya azadlıqsevərlərinin dəstəyi ilə bu böyük cinayətin icraçılarını və sifarişçilərini peşman edəcəyik".
***
ABŞ ilə İsrailin hücumları nəticəsində İranda öldürülən yüksəkvəzifəli şəxslərin adları açıqlanıb.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Siyahıda İranın Ali rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, ali dini liderin müşaviri Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadənin adı var.
Qeyd olunur ki, həlak olan digər şəxslərin adları sonradan açıqlanacaq.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İranın silahlı qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.
Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi