Komitə sədrinin milyonluq fırıldaqları üzə çıxdı

img

23-09-2014 [11:57]


Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ciddi ittiham faktlarla qarşı-qarşıyadır. 

Bu haqda Mia.az-a verilən məlumata görə, iqtidardakı ayrı-ayrı cüc qruplaşmalarına bağlı Azərbaycan gömrük-keçid məntəqələrinin rəisləri idxal icrac əməliyyatlarından çox böyük vəsaitlərin büdcəyə daxil olmasını yayındırırlar: «Nəticədə başqa ölkələrin açıqladığı statistik göstəricilərlə Azərbaycan Gömrük Komitəsinin rəqəmləri arasındakı kəskin fərqlər ortaya çıxır. Belə bir kəskin fərqi günlərdə iqtisadçı Vahid Məhərrəmov da müqayisəli bəyan elədi. İqtisadçı Rusiya Rusiya Fedarativ Gömrük Xidməti ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin Rusiya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi haqqında məlumatları təqdim edib. Aydın olub ki, iki ölkə arasındakı ticarət dövriyyəsində bizim gömrükçülər təkcə ötən il 963 milyon dollar «fırladıblar». Bunu Bakıda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyanın iclasında Rusiya hökuməti başçısının müavini Dmitri Roqozin "2013-cü ilin yekunlarına görə, dünya bazarlarında heç də yaxşı olmayan məqamlara rəğmən, iki ölkə arasında ticarət dövriyyəsi 3.6 milyard dollar olub” sözləri təsdiqləyir. Azərbaycan Gömrük Komitəsi isə öz hesabatında bu rəqəmdən düz 963 milyon dollar az göstərici yayıb. Bundan əlavə, eyni hal ixrac idxal haqqında rəsmi məlumatlar da yaşanıb. Belə ki, Rusiyanın açıqladığı rəqəmlə Azərbaycan Gömrük Komitəsinin açıqladığı ixrac məlumatında 1830,8 milyon, idxalda isə 867,9 milyon dollar fərq var. 

Göründüyü kimi, bu rəqəmlər çox böyükdür. İndisə sual yaranır? Bu fərq necə yaranıb? Kimlər həmin vəsaitlərin rəsmiləşməsinə imkan verməyib yaxud bu milyonları kimlər mənimsəyib?». 

Müsahibimiz deyir ki, bu hal qonşu İran, Gürcüstan digər ölkələrlə münasibətlərdə təkrarlanıb: «Buna şübhə yoxdur ki, əksər ölkələrlə münasibətlərdə gömrükçülərimiz «qoçaq» davranıblar. Ancaq açıqlanan ortada rəsmi olan bu faktlara görə hələ ki kimsə cavab verməyib. Düşünürəm ki, burada elə məqamlar var ki, bu üz-üzə dayanan bir neçə qruplaşmanın məqsədli fəaliyyətindən irəli gələ bilər. Hansı ki, bir neçə qrup komitə sədri Aydın Əliyevin «devrilməsi»ndə həddən artıq maraqlıdırlar. Görünən odur ki, həmin qruplar gömrükdə mənimsənilən milyonları sonda Aydın Əliyevə yükləyib, istəklərinə nail olmaq istəyirlər». 

Məlumata görə, hazırda komitədaxili mübarizədə yenidən üst səviyyəyə çıxıb: «Bu faktın özü göstərir ki, Aydın Əliyev yenə «sükan»ı əlindən buraxıb…».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA