23-09-2014 [11:39]
Azərbaycanda tikinti materiallarının satışı və istehsalı ilə məşqul olan «Arsenal Center»şirkətində baş verən bəzi qanunsuzluqlarla bağlı maraqlı məlumat var.
Mia.az Azinform.az-a istinadən xəbər verir ki, bu şirkətin rəhbərliyinin bəzi qanunazidd əməlləri Azərbaycanın beynəlxalq imicinə də ciddi ziyan vura bilər.
Şikayətçinin sözlərinə görə, sözügedən şirkətin rəhbəri Malik Həsənov bu yaxınlarda Türkiyənin mühasibatlıq uçotunun aparılması üzrə ixtisaslaşan məşhur firmalarından birinin əqli mülkiyyətini mənimsəyərək, onlara külli miqdarda ziyan vurub: «Mərkəzi ofisi Türkiyədə yerləşən həmin şirkət böyük biznes qurumlarını lisenziyalaşmış«LOGO» mühasibatlıq proqramı ilə təmin edir. Bu olduqca unikal və sınanılmış bir proqramdır. Hazırda Azərbaycanın bəzi tanınmış şirkətləri də müqavilə əsasında lisenziyalaşdırılmış «LOGO» mühasibatlığından yararlanır».

Şikayətçinin bildirdiyinə görə, əslən Kəlbəcər rayonundan olan «Arsenal Center» şirkətinin rəhbəri Malik Həsənov öz təşəbbüsü ilə «LOGO»proqramını təmin edən firmanın Azərbaycandakı nümayəndəsi ilə proqramın əldə olunması razılığına gəlib, lakin özünün bütün mühasibatlıq sistemini həmin proqrama keçirdikdən sonra lisenziya üçün razılaşmış məbləği ödəməkdən imtina edib və hazırda həmin proqramdan lisenziyasız istifadə edir: «Bu barədə «LOGO»nun mərkəzi ofisinə məlumat verilib. Yaxın günlərdə şirkətin bir neçə nümayəndəsi Azərbaycana səfər edəcək və məsələnin qanuni çərçivədə öz həllini tapması üçün Azərbaycan Prezidentinə və ölkənin hüquq-mühafizə orqanlarına rəsmi müraciət ünvanlayacaq. Malik Həsənovun bu əməli hüquqi məsuliyyət yaratmaqla yanaşı, həm də bir dövlət kimi Azərbaycanın beynəlxalq nüfuzunu zərbə altında qoyur. Cünki məsələ öz həllini tapmayacağı təqdirdə həmin tanınmış şirkətin beynəlxalq arbitraj məhkəməsinə də müraciət etmək fikiri var».
Şikayətçinin bidirdiyinə görə, «Arsenal Center»in etdiyi qanunsuzluq yalnız bununla bitmir: «Məlumdur ki, bu şirkət dam örtüklərinin satışı üzrə ixtisaslaşıb və Azərbaycanda monopolist mövqeyə malikdir. Bəzi iri çaplı məurların «krışa»lığı altında fəaliyyət göstərən şirkət ən böyük fırıldağı Azərbaycan əhalisinə dünya brendi adı altında saxta və kefiyyətsiz malları satmaqdan ibarətdir. Şirkətin paytaxtın bir neçə yerində sexləri fəaliyyət göstərir. Maraqlıdır ki, həmin sexlərdə istehsal olunan və Çindən ucuz qiymətə alınan dam örtükləri Finladiya malı adı ilə Azərbaycan istehalkısına təqdim olunur. Ola bilməz ki, aidiyyəti qurumların bundan xəbəri olmasın. Bu şirkət barədə qanunun tələblərinə uyğun tədbirlərin görülməməsi isə bizi çox təəcübləndirir».
Biz Azinform.az olaraq barəsində şikayət edilən şirkət barədə kiçik araşdırma apardıq. Məlum oldu ki, «Arsenal Center» şirkəti 2001-ci ildə yaradılıb və bir neçə istiqamətdə öz fəaliyyətini həyata keçirir: metalkirəmitlərin istehsalı və satışı, asma tavanlar, havalandırma sistemləri, həmçinin mansard evlər üçün Polşa istehsalı olan «Fakro» pəncərələrinin satışını da təşkil edir. Şirkətin rəsmi internet səhifəsində isə bunlar yazılıb: »Şirkət dinamik inkişaf mərhələsindədir və bu Azərbaycan bazarındakı dövriyyənin və çeşidlərin illik bazar payının artmasında özünü göstərir.

Arsenal Center şirkətinin təqdimat zalına daxil olduğunuz zaman, Wekman(Finlandiya), Gerard(Yeni Zellandiya), Ruukki( Ukrayna, Estoniya),Yıldızbond(Türkiyə), Metehe OY(Fillandiya), Feroof(Koreya), Adamante-Ruukki(Fillandiya), İmbrex, Meteboond( Azərbaycan) PPGİ kimi lider istehsalçıların təqdim etdiyi məhsulları görərək materialların keyfiyyətinə əmin olacaqsınız.
Fəaliyyəti dövründə "Arsenal Center” öz müştəriləri ilə möhkəm və uzunmüddətli münasibətlər qurmağa imkan verən aşağıdakı prinsiplərə yiyələnmişdir: işçilərin profesianallığı, nəzakətlilik, dəqiqlik, hər bir müştəriyə fərdi yanaşma. «Arsenal Center» şirkəti inam, innovasiya və etibarlılığın sinonimidir və biz fəxr edirik ki, fəaliyyətimizin əsasında müştərinin maraqları durur. Təcrübənin də göstərdiyi kimi tez bir zamanda şirkətin səmimi dostlarına çevrilən tərəfdaşlarımız və sifarişçilərimiz arasında sizləri də görməyə şad olardıq. «Arsenal Center» – arzuların reallığa çevrilməyinin bariz nümunəsidir».
Azinform.az-ın ünvanladığı sorğuya cavabda Türkiyədə fəaliyyət göstərən «LOGO» proqram təminat ilə məşğul olan firma «Arsenal Center»in onların əqli mülkiyyətini qanunsuz yolla ələ keçirdiyini təsdiqləyib. Demək, Malik Həsənovun rəhbərlik etdiyi şirkət yaxın vaxtlarda böyük bir beynəlxalq qalmaqalla üzləşməli olacaq.
Məsələ ilə əlaqədar «Arsenal Center» şirkətinin də mövqeyini dinləməyə hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi