Binəqədinin biney-qədim yolları... - Mətbuat katibi dilə gəldi (FOTOLAR)

img

24-02-2026 [09:17]


Bu gün qızımı dərsdən götürməyə getdim, yolum Binəqədi rayon Binəqədi qəsəbəsinin içindən düşdü, ayağım qırılaydı, o yolu getməyəydim.

Yolun kənarında dayanıb söhbət edən, iftarı gözləyən yaşlı kişilərin birindən "ay dayı, bu yola dövlət hesabına keçən ay asfalt örtüyü döşənirdi, nə oldu?" - deyə soruşdum. Elə bil dayının dərdi təzələndi:

"Çəkdilər, yenə bu vəziyyətə düşüb. Hər tində bir tikinti işi aparırlar, ağır texnikalar bütün günü yollardadır, yol dağılmasın neyləsin, kanalizasiyalar partlamasın neyləsin, baxan yoxdur, a bala, amma bu qəsəbəyə rəhbərlik edən insanların nə küçələri başdan çıxır, nə başları küçədən"

Dayılardan ayrılıb biraz getmişdim ki, bir qadının az öncə üstünə çirkli su sıçradıb gedən sürücünü incə söyüşlər ilə, həm də oruc ağıza söydüyünü gördüm.

Binəqədi qəsəbəsinin biney-qədim yollarını getdikcə getdim, batdıqca batdım, telefonu çıxarıb bu şəkilləri şəxsən öz əlimlə çəkdim. Kimdən soruşdum, maraqlandım, qəsəbəmizin sakinləri bir ağızdan hamısı yeni tikilən obyektlərə gedən ağır texnikaların yolları iflic vəziyyətə saldığını dedi. Mən də 15 ilə yaxındır ki, bu qəsəbədə yaşayıram, amma yolum çox vaxt qəsəbənin içi ilə olmur deyə bu yolları görmürəm, həm də ki, keçən ay asfalt örtüyü çəkilib, bu gün bu hala düşübsə, bu yolların başqa yolu yoxdur. Bəs günahlar kimdir?

Hər gün bu yollarla minlərlə uşaqlar məktəbə gedir. 179, 182, 205 nömrəli tam orta məktəblər bu şəkildəki yolların üstündədir. Bu qədər layihələr verilir, büdcədən bu qədər vəsait ayrılır, niyə yollar belə olmalıdır? Ümumiyyətlə, bu yollarla işləyən ağır texnikaların getdiyi obyektlər qanuni tikililərdirmi? Bu obyektlərin sahibləri kimdir?

Jurnalist dostlardan xahiş edirəm, qəsəbəmizin qonağı olun, bu məsələləri araşdırın.

Elşad Barat,

Böyük Azərbaycan Partiyasının (BAP) mətbuatı katibi

MİA.AZ

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA