Həcc ziyarəti başladı

img

23-09-2014 [11:32]


Bu gecə saat 1:30-da zəvvarların ilk qrupu yola düşəcək. 

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov ANS PRESS-ə açıqlamasında bildirib. Müqəddəs Payızovun sözlərinə görə, ilk mərhələdə 375 zəvvar Həcc ziyarətinə yola düşəcək. 

Qruplar artıq müəyyənləşdirilib və hər qrupda 40-42 nəfər olacaq. Ümumilikdə isə bu il Həcc ziyarətinə 3600 nəfər gedəcək. Zəvvarların Səudiyyə Ərəbistanında qarşılanmaları və orada qalmaları üçün bütün işlər tamamlanıb.

Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək. Səfər təxminən 4 saat çəkəcək. 

Şöbə müdiri bir daha xatırladıb ki, son bir necə ildə olduğu kimi səfərlər yalnız təyyarə ilə baş tutacaq. Belə ki, İraq və Suriyadakı hadisələrlə əlaqədar avtobuslarla səfərlər olmayacaq.

Xatırladaq ki, bu il Həcc ziyarətinə gediş reysləri sentyabrın 23-28-nə, qayıdış isə oktyabrın 11-15-nə planlaşdırılır. Oktyabrın 3-ü zəvvarlar Ərəfat dağına çıxacaq, 4-ü isə şeytana daş atma mərasimi keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA