22-09-2014 [18:12]
Mia.az-a Balakən rayonu Mahamalar kənd sakini İkramat Paşa qızı Abdullayeva tərəfindən prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə ünvanlanmış şikayət məktubunun surəti daxil olub.
Şikayətçi yazır ki, 2013-cü ilin mart ayında yaşadığı kənddə olan evləri zəlzələdən zərər gördüyündən Balakən rayon İcra Hakimiyyəti Başçısının kənd üzrə icra nümayəndəsi Sabir Mahmudovun qəbulunda olub: «Həmin vaxtı Sabir Mahmudovdan dövlətin ayırdığı yardımlardan bizə də kömək edilməsini xahiş etdim. O həm bizim, həm də qayınatamın evini yardım siyahısına aldırmaq üçün hər bir ev üçün əvvəlcə 200 manat pul lazım olduğunu dedi. Sonradan isə alınacaq pul yardımından isə 2000 min manat ona verilməsini dedi. Düzü, əlacsız vəziyyətdə olduğumuzdan razılaşdım. Və beləliklə onun özümüzün və qayınatamın evi üçün ilkin olaraq istədiyi 400 (200+200) manatı gətirib verdim. Həmin vaxtı icra nümayəndəsi mənə dedi ki, ona kömək eləyim. Yəni kənddə evləri zərər görən insanlardan pul yığım, o isə bunun müqabilində onlara yardım yazdırsın. Belə olarsa, o, bizə də güzəşt edəcəyini bildirdi».
İkramat xanım yazır ki, Sabir Mahmudov icra başçısının
rəsmi nümayəndəsi olduğundan
ona inanıb: «Savadsız qadın olduğumdan ona inandığım üçün də başıma sonradan gəlməyən oyun da qalmadı. 14 nəfər kənd sakini olan qohum-əqrəbanı da savadsızlığımdan Sabir Mahmudovun rüşvət toruna saldım. İcra nümayəndəsi kəndimizin 14 sakinindən də mənim vasitəmlə hər ev üçün
2000-2500 manatı əvvəlcədən almaqla, məni olmazın ağır vəziyyətinə saldı. Belə ki, o, pulu alıb, 7 ay mən daxil, camaatı «bu gün-sabah» bəhanələri
ilə aldatdı. Sonradan isə camaata vəd etdiyi məbləğdə yardım verilmədi. Belə olan da isə camaat şikayət elədi. Həmin vaxtı Sabir Mahmudov rayon rəhbərlərinə arxalanaraq, özünü təmizə çıxardı, mən isə xəstə bir uşaqla hüquq-mühafizə orqanlarının qapılarında, məhkəmələrdə
qaldım. İcra nümayəndəsi
pulunun və himayəçilərin gücü ilə savadsız bir qadını utanmadan bada verdi».
İkramat Abdullayeva bildirir ki, Balakən rayon məhkəməsinin hökmü ilə barəsində 3 (üç) il azadlıqdan məhrumetmə cəzası ilə məhkum edilib: «Yenə sağ olsun məhkəmə. Qadınlığımı və himayəmdə bir az yaşlı xəstə uşağımın olmasını nəzərə aldılar. Lakin burada ən əsas məsələ odur ki, camaatdan pulu mən deyil, icra nümayəndəsinin alması hüquq-mühafizə orqanları tərəfindən ört-basdır edilməsi araşdırılmayıb. Ona görə də camaatın ayrı-ayrı banklardan kredit şəkilində götürüb, Sabir Mahmudova verilən borcların hamısı da mənim üzərimdə qalıb. Mən indiyə qədər şişən 55 min manatı necə qaytara bilərəm? Axı mənim nə işim, nə də elə bir imkanım yoxdur. Kənd camaatının haqlı tələbləri səbəbindən utandığımdan kəndimdə də yaşa bilmirəm. Axı savadsız bir qadınla bərabər 14 nəfəri aldadıb pullarını yeyən icra nümayəndəsi haqda niyə tədbir görülmür?».
Sonda isə şikayətçi bildirir ki, elə vəziyyət yaranıb ki, yeganə və xəstə uşağı ilə birgə intihar etməyə cəhd eləyib: «Bir neçə dəfə uşağımla birgə intihar etməyə cəhd etmişəm. Artıq çarəsiz qalmışıq. Xahiş edirəm, bu məsələni obyektiv araşdırıb, mənə kömək eləyin. Ümidim Sizlərədir».
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi