22-09-2014 [16:48]
Xəbər verdiyimiz kimi, Şəmkir rayonu Çinarlı qəsəbə sakini Fatma Əziz qızı Abdullayeva prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova və general Mədət Quliyevə şikayət məktubu ünvanlayıb. Bununla bağlı isə mətbuatda daha bir maraqlı məllumat yayılıb.
Mia.az bir daha xatırladır ki, Fatma Abdullayeva 12 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkən oğlunun həyatına müəssisənin rəisi və müavini tərəfindən ciddi təhlükə olduğunu bildirib: «12 saylı CÇM-nin rəisi Rauf Məmmədov, onun müavini Qaçay Aslanov korrupsiya şəbəkəsi yaradıblar. Nəticədə imkansız məhkumlar əziyyət çəkirlər. İmkanlı, istənilən pulu verə bilən məhkumlar istədikləri hərəkətləri edə bilirlər, imkansız məhkumlar isə zülm, əziyyət çəkirlər. Rəhbərlik qəsdən oğlumla düşmən olan Elçin adlı məhkumu onunla bir yerə yerləşdirib ki, istədiyi pulu ala bilsin. Şəxsən müavin Qaçay Aslanov oğlum Bayramdan pul istəyib ki, Elçin adlı məhkumu başqa kameraya keçirsin. Ancaq bizim istənilən pulu verməyə heç bir maddi imkanımız yoxdur, pensiyaçıyam. Çox ağır şəraitdə yaşayırıq.
Mən və oğlum Bayram Abdullayev Penitensiar Xidmətin rəisi Mədət Quliyevə ərizə ilə müraciət edib, oğlumun Şəki Penitensiar Müəssisəsinə köçürülməsinə kömək etməsini xahiş etmişdik. Ərizəmizə cavab olaraq bildirildi ki həmin müəssisə istifadəyə veriləndə müraciətiniz nəzərə alınacaq. Ancaq Şəki Penitensiar Müəssisəsi istifadəyə verilsə də, oğlum Bayramı oraya köçürmədilər.
Qeyd
edim ki, 12 saylı CÇM-də hər şey pulludur. Özbaşınalıq, korrupsiya, qanunsuzluq
baş alıb gedir. Bütün bunların başında rəis Rauf Məmmədov və müavin Qaçay
Aslanov dayanır. Mən Penitensiar Xidmətin rəisi general Mədət Quliyevdən xahiş
edirəm, oğlum Bayramın həyatı ciddi təhlükədədir, xahiş edirəm, bizə kömək
edin…”.
Mia.az xəbər verir ki, adıçəkilən rəis və onun müavini haqda «Reytinq» qəzetində maraqlı məlumat verilib. Bildirilib ki, Rauf Məmmədovun adı 11 və 15 saylı Cəza Çəkmə Müəssisəsində işləyərkən bir sıra qalmaqalı şikayətlərdə də hallanıb: "Qaçay Aslanovdan isə danışmağa dəyməz. Onun adı isə 7 saylı kalonda daha səs-küylü hadisədə hallanıb. Amma hər iki şəxs vəziyyətdən çıxıblar.
Hər iki vəzifəli şəxsin olduqca qəddar davranışlara sahib olduğunu bildirən mənbə onu da deyir ki, həm Rauf Məmmədov, həm də Qaçay Aslanov tanınmış adamlara bağlıdırlar. Rauf Məmmədovun əslən bakılı kimi hər zaman mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə "söykəndiyi”ni deyir. Yəqin bu, onun ailə üzvlərindən birinin incəsənət sahəsində tanınmış şəxs olmasından irəli gəlir və elə bu faktorun onun ötən ilin dekabr ayında Qaradağ rayonunun Puta qəsəbəsində yerləşən 12-ci kalona rəis göndərilməsində əsaslı rol oynayıb.
Qaçay Aslanov isə əslən Qərbi Azərbaycandan olmaqla mərhum Səfiyar Musayevin yaxın qohumudur. O, qohumlarının hakimiyyətə çox xeyir verdiyini də arada bir dilə gətirməklə, yüksək vəzifə eşqində olduğunu gizlətmir. Amma görünür, Mədət Quliyev ona aydın olan səbəblərdən bu adamın yüksəlişinə imkan yaratmır...».
Şikayətlə bağlı Penitensiar Xidmətdən münasibətini də dərc etməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi