PREZİDENT İLHAM ƏLİYEV VAŞİNQTONDA SÜLH ŞURASININ İCLASINDA - FOTOLAR (Yenilənib)
19-02-2026 [22:07]
Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.
Əvvəlcə birgə foto çəkdirilib.
ABŞ Prezidenti Donald Tramp tədbirdə çıxış edib.
Prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu deyən Donald Tramp vurğuladı ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq. ABŞ Prezidenti Azərbaycan və Ermənistan liderlərinə regionda yaranan sülhə görə təşəkkür edərək dedi: "Orada sonda əyləşən cənabı (Prezident İlham Əliyevi - red.) görürük. O gülümsəyir. Siz 30 ildən sonra sülh şəraitində yaşamağı öyrənirsiniz, elə deyilmi? 30 il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz. Siz dostumsunuz, ofisimə gəldiniz, dediniz, mən 22 il, hətta 23 il mübarizə apardım. Bax, onunla. Onun həmkarı isə dedi: "Mən də yeddi ildir rəhbərəm. Onunla mübarizə aparmışam". Biz isə 24 saatın içərisində işi yerinə yetirdik. Çox yaxşı sülh alındı. Düşünürəm ki, onlar artıq dostdur. Mən bəlkə bunu söyləməli deyiləm. Fikrimcə, onlar artıq dostdur, elə deyilmi? Qalxın ayağa. Bunlar möhkəm iradəli insanlardır. Elə bilirsiniz asan idi? Yox, asan deyildi. İki sərt insandır, amma yaxşı insanlardır. Oval ofisdə idik. Onlar ikisi də gəldi. Biri otağın bir tərəfində, digəri o biri tərəfində. Masa arxasında iki gözəl oturacaq var idi. Biri otağın bir yerində, digəri başqa yerində. Dedim onlara bəlkə bir-birinizə yaxın gələsiniz. Onlar bir az tərəddüd etdilər. Otuz iki il idi bir-birlərini məhv edirdilər. Dedim, bir-birinizə yaxın dayanın. Bir saat keçdi və onlar yan-yana oturdular. Razılaşma əldə etdik. Bir-birinin əlini sıxdılar, imzaladılar. Biz iki mühüm ölkə ilə sülhün əldə olunmasına imkan yaratdıq, heç vaxt unutmaram. Yavaş başladılar, sonra isə qəti addımlar atdılar. Siz özünüzlə çox fərəhlənə bilərsiniz. Gözəl hadisədir. Təşəkkür edirəm. Baxın. Otuz iki il... Sağ olun, çox sağ olun".
Sonra digər dövlətlərin nümayəndələrinin çıxışları dinlənildi.
İclasın sonunda Sülh Şurasının maliyyə intizamı və şəffaflığı prinsipləri haqqında qətnaməsi imzalandı.
***










Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi