22-09-2014 [14:32]
Xəbər verdiyimiz kimi, Azərbaycanın ABŞ-dakı və
İsrailin Azərbaycandakı səfirliklərinin ABŞ-da birgə tədbirlər proqramı
keçirilib. Proqram ABŞ-ın aparıcı yəhudi təşkilatı olan "Amerika Yəhudi
Komitəsi"nin (AYK) təşəbbüsü və dəstəyi ilə baş tutub.
Mia.az-a Vaşinqtondakı səfirliyimizdən daxil olan məlumata görə, Vaşinqtonda və ABŞ-ın tarixi paytaxtı olan Filadelfiyada keçirilən tədbir və görüşlərdən sonra Azərbaycan səfiri Elin Süleymanov və İsrail səfiri Rafael Harpaz Nyu York şəhərində bir sıra tədbirlərdə iştirak ediblər. Səfər çərçivəsində AYK-ın rəhbər heyəti ilə birgə seminar keçirilmişdir. Seminara sədrlik edən AYK-ın icraçı direktoru David Haris bu proqramın vacibliyini qeyd etmiş, eləcə də Azərbaycan və İsrail arasında mövcud əlaqələrin unikal hal olduğuna diqqəti çəkmişdir. Eyni zamanda, Azərbaycanın ABŞ üçün olduqca önəmli və sadiq bir tərəfdaş kimi xarakterizə edən D.Haris bu əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Xatırladaq ki, D.Haris Azərbaycan-ABŞ münasibətlərinin inkişafına verdiyi töhfələrə görə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif edilmişdir.
Seminarda çıxış etmiş İsrail səfiri Rafael Harpaz
Azərbaycanda "sıfır anti-semitizm"in olduğuna bir daha diqqəti çəkmişdir.
Son zamanlar bir çox ölkələrdə, o cümlədən bir sıra Avropa ölkələrində anti-semitizmin
baş qaldırdığı bir vaxtda yəhudilərə qarşı Azərbaycandakı münasibətin nəinki
bir sıra müsəlman ölkələri üçün hətta Avropa ölkələri üçün nümunə olduğunu qeyd
etmişdir. Azərbaycanda yəhudi əhalinin tarixindən bəhs edən R.Harpaz burada yəhudilərin
əsrlərdən bəri sülh və əmin-amanlıq içində yaşadığını bildirmişdir. O, Azərbaycanda
yəhudilərə olan münasibətin, habelə dövlətin xüsusi qayğısının Azərbaycan rəhbərliyinin
və şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi
iradəsinin göstərici olduğunu bildirmişdir.
Səfir R.Harpaz Azərbaycan və İsrail arasında tibb, su texnologiyaları, müdafiə və enerji sahələrində uğurlu əməkdaşlığın aparıldığını qeyd etmişdir. Eyni zamanda, qeyri-enerji sektorunda, xüsusilə yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da artırılması üçün imkanlar olduğunu vurğulamışdır.
Çıxışı zamanı R.Harpaz İsrailin hansısa ölkədə akkreditasiya olunmuş səfirinin birgə proqramlar çərçivəsində üçüncü bir ölkəyə səfər etməsinin unikal hal olduğunu bildirmiş, bunun İsrail dövlətinin Azərbaycana və onun nailiyyətlərinə xüsusi münasibətinin göstərici olduğunu vurğulamışdır. İsrail dövləti belə bir proqramı bir müddət öncə yalnız Polşa ilə həyata keçirmişdir. Seminar zamanı güclü, stabil və müstəqil siyasət yürüdən Azərbaycanın ABŞ, Avropa və İsrail üçün əhəmiyyəti vurğulanmışdır.
Daha sonra çıxış etmiş səfir E.Süleymanov Azərbaycan-İsrail ikitərəfli münasibətləri, habelə Azərbaycanda yaşayan yəhudi icması barədə məlumat vermiş və bu münasibətləri yüksək dəyərləndirmişdir. Azərbaycanda tarixi köklərə söykənən dözümlülük və qarşılıqlı anlaşmanın hazırda da dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində davam etdiyi bildirilmişdir.
Bundan əlavə, səfir E.Süleymanov və səfir R.Harpazın Nyu-York şəhərində keçirdiyi görüşlər çərçivəsində AYK-ın gənclər proqramı olan ACCESS nümayəndələri ilə işçi nahar olmuşdur. Görüşdə müxtəlif ölkələrdən olan yəhudi gənclər iştirak etmişdir.
Sentyabrın 19-da birgə tədbirlər proqramı başa çatıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi