"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti" ötən il 5 520 müraciət qəbul edib
18-02-2026 [14:54]
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” ötən il ərzində uşaqların müdafiəsi və rifahının təmin olunması istiqamətində fəaliyyətini davam etdirib. 2025-ci ildə qaynar xəttə ümumilikdə 5520 müraciət daxil olub.
Mia.az xəbər verir ki, müraciətlər xidmət tərəfindən sistemli şəkildə təhlil edilib, risklərin vaxtında müəyyən olunması və qarşısının alınması məqsədilə erkən müdaxilə mexanizmləri işə salınıb. Bu çərçivədə 127 ailəyə birbaşa səfər təşkil edilib, hər bir hal üzrə sosial qiymətləndirmə aparılıb, onlayn konsultasiyalar və ödənişsiz hüquqi dəstək təmin olunub.
Həmçinin, fərdi hallar üzrə uşaqlarla ayrıca görüşlər təşkil edilib, dövlət qurumları ilə multidissiplinar əməkdaşlıq çərçivəsində koordinasiyalı iş aparılıb, qrup terapiyaları həyata keçirilib. Ümumilikdə, görülən tədbirlər konkret müraciətlərin həlli ilə yanaşı, uşaqlar, valideynlər və cəmiyyət arasında məlumatlılığın artırılmasına, təhlükəsiz mühitin təşviqinə və qaynar xəttin əlçatanlığının genişləndirilməsinə xidmət edib.
Müraciətlərin təsnifatına gəldikdə, onların əhəmiyyətli hissəsi uşaqların psixoloji və sosial rifahı ilə bağlı olub. 1605 müraciət psixoloji problemlər, 823 müraciət sosial məsələlər, 808-i isə zorakılıq halları ilə əlaqəli olub. Qeyd edək ki, zorakılıqla bağlı müraciətlərin əsas hissəsini məişət zorakılığı təşkil etsə də, kiberzorakılıqla bağlı 120, qısnama (bullinq) ilə bağlı 53 müraciət qeydə alınıb.
2025-ci il ərzində uşaqların istismarı və həssas vəziyyətindən sui-istifadə hallarına dair ümumilikdə 165 müraciət qeydə alınıb. Bunların 60-ı erkən nikah, 54-ü təhlükəli ailə mühitini tərk etmə, 44-ü dilənməyə məcbur edilmə, 7-si isə əməyin istismarı hallarını əhatə edib.
Bundan əlavə, sosial sahə üzrə müraciətlərdən 168-i sığınacaqla təmin olunma, 76-sı isə intihar düşüncələri və təşəbbüs cəhdləri üzrə qeydə alınıb ki, bu da psixoloji dəstəyə olan ehtiyacın aktuallığını göstərir.
Hüquqi yardım üzrə 730, təhsil sahəsi üzrə 302, səhiyyə hüququ üzrə isə 56 müraciət daxil olub. Digər müraciətlər isə ümumi xarakterli suallar və xidmət barədə məlumat sorğularını əhatə edib.
Statistik göstəricilərə əsasən daxil olan müraciətlərin 2995-i qadın, 1541-i kişi tərəfindən, 984-ü isə anonim şəkildə edilib. Yaş bölgüsünə gəldikdə, ümumilikdə 2025-ci ildə qeydə alınan müraciətlərin 3754-ü 15–18 yaş, 1324-ü 11–14 yaş, 442-si isə 10 yaşa qədər olan uşaqlarla bağlı olub.
“Uşaq Qaynar Xətti”nin fəaliyyəti yalnız müraciətlərin cavablandırılması ilə məhdudlaşmayıb. Qaynar xətt 2025-ci il ərzində məktəblərdə və onlayn platformalarda maarifləndirmə kampaniyaları da təşkil edib.
2010-cu ildən fəaliyyət göstərən qaynar xətt xüsusi qayğıya ehtiyacı olan bütün uşaqlar və onların problemləri ilə bağlı müraciət edən şəxslər üçün nəzərdə tutulub. Xidmət çətin vəziyyətə düşmüş uşaqlara dəstək göstərməyi hədəfləyir. Dəstək Xəttin əsas prinsipi məxfiliyin qorunmasıdır. Daxil olan məlumatlar yalnız zəruri hallarda və müraciət edənin razılığı ilə aidiyyəti qurumlara ötürülür.
Hazırda 116111 qısa nömrəsi, mobil nömrələr, elektron poçt, rəsmi internet səhifəsi, sosial şəbəkələr və mobil tətbiqlər vasitəsilə xidmət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə ümumilikdə 81000-dən çox müraciət daxil olub. Xidmət “Azercell Telekom” MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi