Təhsil nazirindən yeni TƏYİNAT

img

22-09-2014 [13:29]


Təhsil Naziri Mikayıl Cabbarov S.C Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasına yeni direktor təyin edib.

Artıq yeni direktor Səbinə Turabova kollektivə və şagirdlərə təqdim olunub. 29yaşlı S. Turabova Azərbaycanda ən gənc məktəb direktoru sayıla bilər. "Qafqazinfo”ya açıqlmasında yeni direktor deyib ki, belə bir təyinat alacağından əvvəlcədən xəbəri olmayıb: "Bundan öncə Gimnaziyada Təmayül Fənnlər üzrə direktor müavini idim. Bir gün Təhsil Nazirliyindən ev telefonuna zəng gəldi və nazirliyə çağırıldım. Səbəbini soruşandadedilər ki, sizə vəzifə həvalə olunub. Hazırda direktorluq fəaliyyətimlə yanaşı, ingilis dili müəlliməsi kimi də işimi davam etdirirəm”.

Yeni direktor bildirib ki, o məktəbdə ilk növbədə ciddi nizam-intizam qaydalarına önəm verəcək: "Daha ciddi rejimdə çalışacağıq. Bütün şagirdlər nazirliyin tətbiq etdiyi məktəbli formalarında dərsə buraxılacaqlar. Şagirdlərin və müəllimlərin dərsə gecikmə hallarının qarşısı alınacaq. Keyfiyyətli təhsilin başlanğıcı nizam-intizamdan başlayır. Ən əsası da təhsilin keyfiyyətinin yüksəldilməsinə çalışacağıq. İldə bir neçə dəfə imtahanlar keçiriləcək. Yenilik ancaq savadlı kadrların yetişdirilməsinə çalışmaq olacaq. Şagird məktəbə formal olaraq gəlib getməməlidir. Gimnaziya ilə bağlı əsas istəyim millətimizə, gələcəyimizə yararlı uşaqlar yetişdirməkdir”.

Turabova Gimnaziyanın binasının təmir olanacağına ümid etdiyini də bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA