“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
17-02-2026 [11:32]
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzi və Evrika Liseyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib. Evrika Liseyində təşkil olunan tədbirə tanınmış elm, təhsil və ədəbiyyat nümayəndələri qatılıb.
Mia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Layihənin rəhbəri, Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın salamlarını iştirakçılara çatdırıb, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında və Türk dünyası birliyinin möhkəmləndirilməsində oynadığı tarixi roldan ətraflı bəhs edib.
O, bildirib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycanın ən ağır və taleyüklü dövründə ölkəni parçalanmaq və yox olmaq təhlükəsindən xilas etmiş, milli qurtuluş prosesinin əsasını qoyub. Naxçıvanda başlanan milli mübarizə xətti sonradan ümummilli miqyas alıb, Türkiyə–Azərbaycan münasibətlərinin inkişafı Türk dünyası birliyinin strateji dayaqlarından birinə çevrilib. Ulu Öndər yalnız Azərbaycan dövlətçiliyini qorumaqla kifayətlənməmiş, həm də Türk dünyasında Azərbaycanın rolunu gücləndirmiş, ortaq milli-mənəvi dəyərlərin qorunması və təşviqi istiqamətində mühüm addımlar atmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixdə özünəməxsus yer tutmuş, hazırda bu siyasi xətt və milli-mənəvi dəyərlərə bağlı irs Ulu Öndərin sadiq davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsinin və qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirən Cəlal İbrahimli çıxışının sonunda gənclərə müraciət edərək, savadlı, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı gəncliyin Türk dünyasının gələcəyi üçün əsas təminat olduğunu vurğulamışdır.
Tədbirdə çıxış edən Evrika Liseyinin təsisçisi Xudu Rzayev gənc nəslin vətənpərvər ruhda böyüməsinin, milli dəyərlərə sadiq qalmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi gənclərə tarixi irsimizi daha dərindən öyrənmək, milli kimlik şüurlarını gücləndirmək və gələcəkdə dövlətə faydalı vətəndaşlar olmaq üçün vacib imkanlar yaradır. Məktəb və universitetlərdə belə maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsi çox vacibdir. Sonra Evrika Liseyinin direktoru Ofeliya Muradova çıxış edərək belə tədbirlərin təhsil müəssisələrində keçirilməsinin şagirdlərin milli kimlik şüurunun formalaşmasına müsbət təsir göstərdiyini qeyd etmişdir.
ADU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru Adil Babayev çıxışında Heydər Əliyevin dil siyasətindən danışmış, Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində görülən işləri elmi aspektdən təhlil etmişdir. Tədbirdə çıxış edən Azərbaycanın görkəmli şairi Rüstəm Behrudi Türk dünyasının ortaq ruhu, milli kimlik və istiqlal ideyasının bədii-fəlsəfi mahiyyətinə toxunmuş, Ulu öndər Heydər Əliyevin bu ideyanın siyasi ifadəçisi kimi tarixdə xüsusi yer tutduğunu, Ümummilli Liderin Azərbaycan dilinin qorunmasında önəmli xidmətləri olduğunu vurğulamışdır.
Daha sonra Evrika Liseyinin direktor müavinləri Bahar İsgəndərova, Nazan Akkoyun və Aygün Kərimova çıxış edərək gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində belə maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd etmiş, Türk dünyası mövzusunun təhsil mühitində davamlı şəkildə diqqətdə saxlanılmasının vacibliyini bildirmişlər.
Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmışdır. Qeyd edilmişdir ki, “Heydər Əliyev və Türk Dünyası” adlı tədbir milli birlik ideyasının təbliği, dövlətçilik irsinin gənc nəslə çatdırılması və Türk dünyasının ortaq gələcəyinə dair baxışların müzakirəsi baxımından əhəmiyyətli platformadır.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi